We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Küçə süpürən qadınlara qarşı “ikiüzlülüyümüz”

6 0 0
25.11.2018

Qar yağdıqca, ən çox paylaşılan şəkillərdən, xəbərlərdən biri də küçələrdə özləri boyda kürəklərlə qar təmizləyən qoca qadınlar barədə informasiyadır. Bir çox məsələdə olduğu kimi bu məsələdə də biz əslində “ikiüzlü” davranırıq. Bu, sözün əsl mənasında ikiüzlülük deyil, sadəcə mahiyyətimizdən xəbərsiz davranmağımızdır.

Biz ani duyğusal reaksiya ilə bu mənzərənin qeyri-insani olması barədə nələrsə yazırıq. Amma bu yazmaqla da əsəb keçib gedir, vicdan sakitləşir və nəticədə heç nə etmirik. Məsələ burasındadır ki, bizi o qadınlara kömək etməkdən çəkindirən qorxu, qadağa yoxdur. Kimsə hesab etmir ki, onlara kömək edəni həbs edəcəklər. Həmçinin hakimiyyətin, dinin, mentalitetin və s.-nin elə bir qadağası yoxdur. Amma heç kim kömək etmir.

Niyə? Çünki biz bunu çox normal qəbul edirik. Səhər saat 4-5-dən taliban dövrünün əfqan qadınları kimi bürünüb küçələri süpürən, parkda skamyada oturub sevgilimizlə mazaqlaşanda ayağımızın altında bizdən qabaq tökülən tum qabıqlarını deyinə-deyinə təmizləyən, zibili əli ilə zibil........

© MeydanTV