We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sözün də su kimi lətafəti var...

3 0 0
24.12.2018

1972-ci ilin ortalarında yazıçılardan birinin “yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deyərək təəccübünü bildirəndə Heydər Əliyev gülümsəyərək ona belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Gəlişigözəl sözlər deyildi. Böyük rəhbərin həmin cavabı ilə Azərbaycan dilinə uzun müddət davam edən soyuq münasibətə birdəfəlik son qoyuldu. Bütün Azərbaycan xalqı üçün fərəhli idi ki, Ümummilli Liderimiz sözün əsl mənasında təkzibolunmaz faktlarla səlis və məntiqli danışan alovlu tribun idi. SSRİ-də onun nitqlərini heyranlıqla dinləyirdilər. Gur səsi, yüksək intonasiyası, rəvan nitqi böyük zalları belə titrədirdi. Hətta Kremldə yüksək vəzifədə işləyən ruslar və qeyri-millətlərin nümayəndələri Heydər Əliyevin natiqliyinə həsəd aparırdılar. Onlardan biri etiraf etmişdi ki, Heydər Əliyev rus dilini biz ruslardan yaxşı bilir.

Böyük rəhbər Azərbaycan dilini də incəliklərinə qədər bilirdi. Heydər Əliyev belə hesab edirdi ki, Azərbaycanın milli ruhunun yüksəlişinə təkan verən şərtlərdən biri ana dilində təhsilin daha da genişləndirilməsidir. Bu prosesin........

© İki Sahil