Niyə valideynlər uşaqlarına fərqli sevgi verirlər?
BAKI, Azərbaycan
Andre Mauroisə görə: “Uğursuzluğa və fəlakətlərə baxmayaraq, həyata olan inamlarını qoruya bilən yaxşı insanlar daha çox yaxşı bir ana tərəfindən böyüldülmüş olanlardır”. Ata və ana bir uşağın xəta və uğursuzluqlarına göstərdiyi münasibət çox əhəmiyyətlidir. Uşağın uğursuluğuna göstərilən xətalı reaksiyalar onda natamamlıq duyğusu və təlim edilmiş çarəsizlik psixologiyası yaradır.
Nə üçün ailədə valideynlər doğma uşaqlarına fərqli sevgi verirlər?
Birinə çox, digərinə az? Psixoloqların yetkinlik yaşında olan kişi və qadınlardan tez-tez eşitdikləri şikayət: “Mənim anam, atam bacımı (qardaşımı) məndən çox sevirdilər”. Gələcəkdə həyat maneələrinə qarşı özgüvənli olmaq üçün ən güclü psixoloji həb sevgidir. Demək ki, uşaq vaxtı özünü sevilməyən övlad kimi hiss edən fərd bir həyat boyu şüuraltısında incikliklərini daşıyırlar Əslində baş verən nədir?!
Həqiqətənmi valideynlər uşaqlarının birini çox sevirlər, digərinin isə yox? Bəlkə onlar da öz uşaqlıq travmalarını anlamadan ailələrində canlandırırlar?
Psixoloji araşdırmalar sübut etmişdir ki, hətta ana bətnində belə arzulanmayan uşaqlar: “Məni istəmirlər, məni sevmirlər” ruhsal durumunda doğulur və gələcəkdə xarakterində bədbinlik emosiaları özünü qabarıq şəkildə göstərir. Məsələn, bu cür uşaqlarda ana ilə konfliktlər, “onlar məni sevmirlər” kimi valideynlərə qarşı küskünlüklər, qardaş bacılarına nifrət və qəzəb özünü büruzə verir. Eyni zamanda, onlar tez-tez “nə edirəmsə, anam razı qalmır!”, “anam məni heç zaman tərifləmir və qucaqlamır!”, “sanki mən lazımsızam!”, “məni heç sevmirlər”, “mən tənhayam!” kimi şikayətləri edirlər və ya özlərinə qapanırlar. Nəticədə özü sevilməyən övlad kimi böyüyən şəxs gələcəkdə qurduğu ailədə öz uşaqlarına sevgi göstərə bilmir, övladları ilə tez-tez konfliktlərdə olur və daim onlardan narazı qalır. Bu hətta cütlüklər arasında ünsiyyətdə “o məni sevmir”, “tez-tez hədiyyələr etmir”, “tez-tez........© Dikgazete.com





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Waka Ikeda
Grant Arthur Gochin