menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Sindromlu uşaqların ailə üzvlərinin rastlaşdığı psixoloji hallar

8 0
29.11.2025

BAKI, Azərbaycan

Sindromlu bir uşağa sahib olmaq, ailə üçün fərqli yaşam tərzi olan həm də gözlənilməyən yeniliklərlə dolu bir sınaq imtahanıdır. Bu yolda valideynlər və ailə üzvləri bəzən gücsüz, yorğun və hətta tənha hiss edə bilərlər. Lakin unutmamalıyıq ki, sevgi, anlayışdüzgün dəstək sayəsində bu çətinliklərin öhdəsindən gəlmək mümkündür.

Sindromlu uşaqların valideynləri övladlarının hər addımını izləyərək, onların dünyanı necə dərk etdiyini anlamağa çalışırlar. Onların ehtiyaclarına cavab vermək, inkişaf yolunda dəstək olmaq, cəmiyyətin bəzən laqeydanlaşılmaz münasibəti ilə mübarizə aparmaq – bütün bunlar böyük fədakarlıq və səbr tələb edir. Çox vaxt valideynlərailə üzvləri özlərini bir döyüşçü kimi hiss edirlər, lakin bəzən bu mübarizədə tək olduqlarını düşünə bilərlər.

Bəzən valideynlər uşaqlarının gələcəyi haqqında narahat olurlar, gecələr rahat yata bilmirlər, çünki onların böyüdükdə necə bir həyat yaşayacağı sualı daim zehinlərində dolaşır. Sosial mühitin anlaşılmazlığı, başqalarının tənqidləri, hətta ailə daxilindəki çətinliklər – bütün bunlar onların daxili dünyasında böyük izlər buraxır.

Ancaq unutmamalıyıq ki, siz tək deyilsiniz. Sizin hiss etdiyiniz yorğunluğu, narahatlığıçarəsizliyi anlayan çox insan var. Dəstək almaq və duyğularınızı paylaşmaq zəiflik deyil – əksinə, güc əlamətidir.

Bir çox valideynlər sindromlu uşaqlarının davranışlarını başa düşməkdə çətinlik çəkdikdə, özlərini qeyri-kafi hiss edirlər. “Mən yaxşı valideynəmmi?”, “Daha çox çalışmalı idimmi?” kimi suallar beynini yorur. Bu düşüncələr zamanla dərin depressiyaya, izolyasiyaya və........

© Dikgazete.com