menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Hər şeyi tez bitirmək – Zamanın tələsik itirdikləri

21 0
12.03.2026

Hər şeyi tez bitirmək – Zamanın tələsik itirdikləri

Müasir insanın həyatı sürətlə axan bir seli xatırladır. Sanki hər kəs bir yerə tələsir, amma hara getdiyini dəqiq bilmir. Bu tələskənlik təkcə fiziki hərəkətlərdə yox, həm də duyğularda, münasibətlərdə və ümumiyyətlə həyata yanaşmada özünü göstərir. Artıq insanlar hər şeyə ani maraqla yanaşır, gözləməyi, formalaşdırmağı, qorumağı isə unudurlar. Nə qədər təəssüf doğurucu olsa da, sevdiyimiz insanları, dəyərləri, hissləri və hətta özümüzü belə tez-tez və səbirsizcəsinə tələf edirik.

Sevgi — bu gün ən çox sərf edilən, amma ən az yaşanılan duyğulardan birinə çevrilib. Sevgi artıq qarşılıqlı hörmət, bağlılıq, səbr və anlayış üzərində qurulmur. Bir çox insan sevginin məsuliyyətini daşımağa deyil, ondan zövq almağa tələsir. Halbuki sevgi elə bir dəyərdir ki, onu yaşamaq üçün zaman, əmək, fədakarlıq lazımdır. Amma nə qədər qəribə səslənsə də, indi insanlar daha çox “sevdiyini” tez tapır, tez yaxınlaşır və bir o qədər də tez uzaqlaşır. Sevgi də texnologiya kimi sürətli istehlaka məruz qalır — bir gün sevilir, növbəti gün unudulur. İnsanlar bir-birini dinləmədən, anlamadan, birgə yol keçmədən münasibətlərə son verirlər. Çünki artıq “qorumaq” deyil, “dəyişmək” daha rahat görünür.

Təəssüf ki, bu tez tükənmə meyli təkcə münasibətlərə aid deyil. Oxuduğumuz kitablar belə yarımçıq qalır, çünki bir səhifədən sonra maraq azalır. Bəyəndiyimiz musiqilər belə uzun müddət dinlənilmir, çünki bir neçə dəfə eşidəndən sonra........

© Dikgazete.com