menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Muzaların Himayəsində Olan Poeziya

3 0
11.01.2025

İllər öncə bir yazı yazmışdım, “Rəsm kimi şeir – Pitoreks sənəti”. “Ədəbiyyat qəzeti”ndə yayınlanan məqalədə Parnasizm cərəyanından, pitoreks şeirdən bəhs etmişdim. Rəsm altına şeir yazma və rəsm kimi şeir yazma ənənəsi olaraq bilinən pitoreks şeir, poeziyada realizm adlanan parnasizm cərəyanının təsiri altında yaranmışdır.

19-cu əsrin ikinci yarısında Fransada yaranmış bir cərəyan olan parnasizm poeziyada realizmlə naturalizmin sintezindən ibarətdir. 1886-cı ildə “Parnas” adlı jurnalın nəşri ilə ortaya çıxmışdı. Qeyd edək ki, Parnas, mifologiyada muzaların yaşadığına inanılan əfsanəvi dağın adıdır.

Poeziyanı saf forma kimi görən parnaslar, formanın gözəlliyini hər şeydən üstün tutmuş, qafiyəyə və ritmə önəm vermiş, şeiri işıq, kölgə, rəng və cizgilərlə təmin etməyə, “sənət üçün sənət” yaratmağa üstünlük vermişlər. Seçkin auditoriyaya ünvanlanmış fəlsəfi poeziya anlayışı güclənməyə başlamışdı. Theophile Gautier, Theodore de Banville, Fransua Koppe, Xose Mariya de Heredia, Sully Prudhomme, Teodor de Banvil Parnasizmin əsas nümayəndələridir. Parnasizm cərəyanı – Pitoreks şeir, xüsusilə Türk ədəbiyyatında Sərvəti – fünun dövründə geniş vüsət almış, ən bariz təsiri Tevfik Fikrətdə, Cənab Şəhabəddin, Yahya Kamalda, Azərbaycan romantik ədəbiyyatında Hüseyn Caviddə və s. görülmüşdür.

Çox zaman mübahisə obyektinə çevrilən rəsm-şeir əlaqəsi haqqında indiyədək bir çox fikirlər irəli sürülmüş, birbaşa rəsm-şeir əlaqəsindən yaranan şeirlər üçün “vizual şeir”, “tablo şeir”, “portre şeir” kimi ədəbi termindən istifadə olunmuşdur. “Vizual” və ya “tablo şeir” adlandırılanı , oxucusunun gözü önündə bir insanın görüntüsü canlandırılan portret şeirlərdə, insanların fiziki, ya da ruhsal portretləri çəkilir. Bu yalnız insana aid edilnir, bəzən də kədərin, küləyin, payızın, əzabın və s. sözlə şəkli çəkilir.

Yazımıza pitoreks şeirlə başlamağımız təsadüfi deyil. Çünki poeziya nümunələrini incələyəcəyimiz şairə Şahnaz Şahinin şeirlərinin əksəriyyətində “tablo şeir” (pitoreks) xüsusiyyətləri əks olunur. Bizi bu istiqamətə yönləndirən şairənin “Şəkil çəkirəm” şeiri oldu. Bəhs etdiyim şeirdə Şahnaz xanımın “şeir yazıram” – ifadəsini işlətməməsi, şəkil çəkdiyini vurğulaması diqqətimi çəkdi. Bəlli bir gerçəklik var: şəkil rənglərlə çəkilir, şeir sözlərlə yazılır. Səslərin də rəngi var və bu rənglərin rəngi müxtəlifdir (Artur Rembo). Öz plastikası, ritmi olan sözlər yalnız informasiya kimi deyil, həm də melodiya kimi qavranılır. Əgər sözün major, ya da minor rəngi, yəni şən və kədərli xasiyyəti varsa, o, optimistcəsinə, ya da pessimistcəsinə səslənə bilirsə, deməli qulaqlarımız insan adının da xasiyyətini tuta bilir.

Sözlər şairlərin, rənglər rəssamların sənət ləvazimatlarıdır. Bəzi şairlər bunu məqsəd üçün istifadə edir, bəziləri vasitə olaraq. Şahnaz xanım bunu həm vasitə, həm də məqsəd olaraq istifadə edir. Özünün təbirincə desək, Şahnaz Şahin də “bu cürə şairdir”. Şeir yazmır, sözlə şəkil çəkir, sevgisinin, həsrətinin, kədərinin şəklini çəkir. Bu zaman vasitə olaraq müxtəlif obrazlardan istifadə edir. Bəhs etdiyimiz şeirdə özünün fərqliliyini etiraf edən şairə şəkli “ah”la çəkir:

Mən də bir cürə şairəm.
“Ah”la şəkil çəkirəm.
İnanmırsan gəl otur
Yoxla, şəkil çəkirəm..

Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla, şəkil çəkirəm…

Sözlə çəkilən şəkildə “Öd yalaya-yalaya, odla şəkil çəkən” şairənin əzabkeş obrazı, şeiri hansı mənəvi iztirabla yazdığı oxucunun gözündə canlanır. Şeirin digər bəndində şairəninvəsitəsi, qələmi “od” olur. “Od” və”öd”. Bu sözləri yazanda “Öd yalaya-yalaya” şeir yazmağın və bunu “odla” yazmağın ağrısını, acısını hiss edirəm sanki.

Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!

Əslində, şairənin sözlə rəsmini çəkdiyi yaşanmış, yaddaşından silə bilmədiyi, hələ də yaşatdığı xatirələrdir. Aris­to­tel yad­daş və xa­ti­rə haq­qın­da fi­kir yü­rü­dər­kən be­lə he­sab edir­di ki, “yad­daş keç­miş tə­əs­sü­rat­­la­rın dərk edil­mə­si­dir. Xa­ti­rə isə öz növ­bə­sin­də dü­şün­cə­dir, bi­­zim isə nə hiss et­mə­yi­mi­zin, qav­ra­ma­ğı­mı­zın və ya öy­rən­­mə­­­yi­mi­zin dü­şün­cə­si­dir, yə­ni açıq-ay­dın ax­ta­rış və bu­nun­la əla­­qə­dar id­rak ak­tı­nın şərt­ləş­di­ril­miş qə­ra­rı­dır. Yad­daş abst­rakt tə­­fək­­kür­lə yal­nız qis­mən şə­kil va­si­tə­si­lə bağ­lı­dır. Xa­ti­rə isə şək­­lin mü­hi­tə mü­əy­yən də­rə­cə­də aid edil­mə­si­nin dərk olun­ma­­sı­dır. Şahnaz Şahinin xatirə yaddaşında qoruyub saxladığı və şeirlərindəki məkan “ikiadamlıqdır”. Etdiyi bütün etiraflar, əslində ikinci şəxsə, “o adama” ünvanlanır. Edilən etiraflar da müxtəlifdir, bəzən etiraflar olunur, bəzən xatırlatmalar. Bəzən də ritorik suallar ünvanlanır. Bütövlükdə şairənin bir çox şeirlərində “O”nun, ömründən getmiş, ancaq xatirələrində yaşayan adamın obrazı boylanır. Müraciətlər, “o adama” olunur. Bu yazılan və ya çəkilən tablo şeirlərdə -“od”la “ah”la şeir yazan, “Havaya, davaya oynayan” qadının obrazı ilə yanaşı, ömründən çıxıb getmiş “o” adamın obrazı oxucunun qarşısına çıxır. Şairənin “lirik mən”i sanki möcüzə gözləyir, gecələrin onu gətirməsini istəyir. Təəssüf ki, möcüzə gerçəkləşmir. “Gecələr ona gözlədiyini gətirmir”. “Lirik mən” məyusluğunu, hətta bu məyusluğun ölçüsünü “hirsindən it kimi ulayan küləyin” vasitəsi ilə ifadə edir:

Bu gecə də gətirmədi səni.
Hirsindən it kimi
uladı küləklər.
Dəyişmədi əynini
Otağım…
O, qəsdinə duran gecələri “yöndəmsiz........

© dibace.net