We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Zəvvarı kim dəvət edib? – HEKAYƏ

3 0 0
05.07.2020

Tahir Məşhəd avtovağzalında düşüb, yenicə həyat qurduğu xanımı Zərifənin çamandanlarına kömək etmək üçün avtobusun baqaj yerinə tərəf yönəldi. Zərifə ilk dəfə gəldiyi üçün maraqla ətrafa baxırdı. Qum şəhərindən uzun yolçuluq olduğu üçün, bir an öncə otelə gedib dincəlmək istəyirdi.

Tahir çamandanları götürüb, çıxışa doğru yönəldi. Zərifə Tahirin qoluna girib, aramla addımlamağa başladı. Çöldən günəşin bol şüası ətrafı nura qəraq etmişdi. Taksi sürücüləri avtovağzaldan çıxanlara yan alır, gedəcəyi yeri soruşur və öz xidmətlərini təklif edirdilər.

Tahir avtovağzaldan çıxan kimi bir neçə addım atıb, əlini sinəsinə qoyaraq: “Əssəlamu aleykum, ya Əli ibn Musa ər-Rza (ə) və rəhmətullahi və bərəkatuh” dedi.

Zərifə ətrafa baxıb tanış bir kəs görmədi.

- Tahir, kimə salam veririsən? Burada səni gözləyən birimi var?- deyə Zərifə başına atdığı çadranı bir qədər düzəldərək soruşdu və Tahirin salam verdiyi istiqamətə baxdı.

- Əlbəttə var. Biz elə onun dəvəti ilə bura gəlmişik. Bir bax, əzəmətlə ucalan minarələri görürsənmi?- Tahir başı ilə uzaqdan bərq vuraraq parıldayan İmam Rza (ə) hərəminin günbəz və minarələrini göstərdi.

Zərifə təəccüblə bir Tahirə, bir də işarə edilən tərəfə baxdı:

– Tahir səni dindar bilirdim, amma bu qədər ifrat xurafatçı bilməzdim. Anladım namaz qılırsan, ziyarətə gəlmişik. Amma biz təhsilli bir ailəyik. Sənin bu hərəkətini mənim atam görsəydi, inan ki, ailə qurmağımız haqqında verdiyi o razılığına görə peşman olardı, –Zərifə son cümləsini bir qədər yaxına gələrək, Tahirin qulağına pıçıldayırmış kimi dedi.

Zərifə Tahirlə ali məktəbdə bir yerdə oxumuşdular. Hər ikisi təhsillərini çox yüksək dərəcələrlə başa vurmuşdular. Ali məktəbi bitirdikdən sonra ailə qurmuş və hər ikisi öz sahəsi üzrə özəl sektorda işləməyə başlamışdılar. Tahir bu müəsissələrin birində tanış olduğu iş yoldaşlarının təbliği ilə namaza başlamışdı. Zərifə bu qərardan çox sevinmişdi. Tahir hər dəfə müxtəlif dini........

© Dəyərlər


Get it on Google Play