We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Günəşin isitmədiyi soyuqluğu, nə isitdi? – HEKAYƏ

3 0 1
15.06.2020

Türkan adını eşidib çevrildikdə vəkilinin ona doğru yaxınlaşdığını gördü. Vəkil sənədlərini Türkana uzatdı:

– Türkan xanım, sizin artıq buralıq işiniz qalmayıb. Ərizəniz qəbul olunub. Bildiriş Nicat bəyin ünvanına göndəriləcək. Bilmirəm nə deyim, xeyirli olsun, ya Allah səbir versin. Hər halda Allah bundan sonrakı həyatınızda uğurlar versin.

Vəkil təbəssüm edərək, çevrilib getdi. Türkan əlinə aldığı sənədlərə boş-boş baxaraq, nə edəcəyini bilmədi. Sənədləri birtəhər çantasına qoyub, dəhlizin başından düşən işığa doğru addımladı. Binadan çıxan Türkan gözünə düşən gün işığından qorunmaq üçün çantasından eynəyini çıxartdı. Amma yadına düşdüyü xatirələr, eynəyini yenidən çantasına qoymağa vadar etdi. Düşündükcə həyatından çıxartmaq istədiyi insana görə dəyişməli olduğu əşyaların siyahısı bir-bir canlanırdı. Hər əşyanın arxasından Nicatin bir cüt gözünü üzərində hiss edirdi.

Türkan evə daxil olub, salamlaşmadan otağına keçdi. Otağının qapısı yavaş-yavaş açıldı və anasının qayğılı üzü göründü:

Türkan, nə oldu? – Bahar xanım qızının ailəsinin dağılma ehtimalını yaxına belə buraxmaq istəmirdi. Türkan anasının gözlərinə baxdı. Bir müddət beləcə dayandılar. Nəhayətdə Türkan gözlərini çəkib, çarpayının üstündə oturub boynuna bağladığı şərfi narahat halda açmağa başladı:

- Boşanmaq üçün müraciət etdim. Sizə dedim axı ,mən qərarımda qətiyəm.

Boynundan açdığı şərfi əlində tutdu. Daha sonra aramla əlavə edti:

- Narahat olma, bir dənə Nicatla Türkan ayrılsa, dünya dağılmaz. Nicat bəy bu qədər yalvarmağıma baxmayaraq, işini dəyişə bilmirsə, onda o, öz yoluna, mən də öz yoluma. Mən bir dəfə dünyaya gəlirəm. Onu da istəyirəm ailəmlə birgə yaşayım.

Nicat bəy ömrünün yarısını dənizdə olacaq, mən də gəlib anam evində oturacağam? Elə oturmuşdum da anamın böyründə, daha niyə ailə qururdum ki?!

Ana, sən özün dözərdin buna? Atam evə 2 saat gec gələndə 50 dəfə zəng edirsən, nigaran qalırsan...

Türkan sözünə bir qədər ara verib, pəncərənin önünə keçib çölə baxaraq, əlavə etdi:

- Sən heç bilirsən hər dəfə onun harada olmağından asılı olmayaraq, hava bir az küləkli olanda nələr çəkirəm? Canımdan can gedir. Sanki gəmidə o yox, mənim ürəyimdir. Artıq bura qədər imiş. Məndə insanam... Daha aylarla yol gözləmək istəmirəm. Bir ata ki, uşağının “ata!” deməsini, ilk addımını görə bilməyəcək, o, daha nəyə yaşayır?!

Nicat bəy bunları anlamaq istəmir. Nə bilim, vallah, ana, başına dönüm, mənə elə baxma mənimki bu qədər... Vallah gücüm qalmayıb.

Türkan doluxsunub üzünü yana çevirdi:

- Elə bilirsən mənə asandır?!

Bahar xanım gözünün yaşını silib fikrə daldı:

– Heyif bala, heyif ki, məsələ bura qədər gəlib çıxdı... Nicat balam eşidəndə gör nə hala düşəcək?!

Sonra üzünü qızına tutub:

- Hamı səhv edə, fərqli düşünə bilər. Ailə hər belə səhvlərin, fərqli düşüncələrin üzündən dağıla biləcək bir birlik deyil. Sən sinif yoldaşından, məhəllə dostlarından ayrılmırsan. Sən Allah dərgahında bir bütün kimi qəbul edilmiş düzəni pozmaq istəyirsən. Heç olmasa onu gözləyərdin. Gəlib bu xəbəri eşitsə, yazıq balam nə hallara qalacaq! – dedi və otağı tərk etdi.

- Ay Bahar xanım, qarşında gözüyaşlı doğma övladına “balam!” deyib təsəlli etmirsən, məni bu hala qoyana elə də içdən “yazzıq balam!” deyir ki... Yalansa yazzıq ilan vursun onu... - Türkan qapını örtən anasına səslənsə də, anası reaksiya vermədən uzaqlaşdı.

Türkan qonaq otağına keçib, divanda oturdu. Telefonu götürüb nəyisə izləməyə başladı. Atası Məzahir kişi televizora baxırdı. Türkanın gəldiyini hiss etsə də, çevrilib baxmadı. Bahar xanım bu durumu görüb, Məzahirə səsləndi:

- Qəribov, son xəbərlər evindədir. O rahat-rahat oturan qızın boşanmaq üçün ərizə verib.

Sonra Türkana sarı çevrilərək:

- Rahat ol bala, sən hələ duza gedirsən, bunun hələ qayıtmağı da var... – dedi.

Məzahir kişi uzun-uzun qızına baxdı. Türkan gözucu atasına baxdı. Məzahir kişi dərindən nəfəs aldı. Əli ilə saqqalını qarışdırdı.

- Boşanmaq bir faciə deyil. Boşanma – hətta Allah dərgahında belə, qəbul edilən bir mövzudur. Amma boşanmaq o qədər ağır bir mövzudur ki, hədislərdə gəlib ki, bir ailə dağılan zaman Allahın ərşi titrəyər. Yəni, qızım, əgər sənin boşanma səbəbin Allahın ərşini titrəməsinə dəyəcək qədər mühümdirsə, mən heç bir şey deyə bilmərəm. Yəni, nəhayətdə o Allahın, o da sən. Biz həyatımızın hər anı üçün imtahan halındayıq. Bu səbədən düşün: Qiyamətdə bu ağırlıqda olan bir əməlin üçün verəcəyin cavabın varsa, onda ya Allah.

Nicatin öz evi olmasına baxmayaraq hər dəfə dənizə getdikdə Türkanı ya öz valideynlərinin, ya da Türkanın ata evinə əmanət edirdi. Bu dəfə Türkan atasıgildə qalırdı. Nicati adətən növbədən birbaşa öz atasigilə gəlib, onlarla salamlaşıb, hal-əhval tutub, bir gecə orada qalırdı.

Bir neçə gündən sonra Nicat növbədən qayıtdı. Hər kəsin qəribə halda olduğunu hiss etdi. Atası Mürvət kişi Nicatla çox soyuq şəkildə görüşüb oturdu. Nicat azan verildiyindən, ilk olaraq namazını qılıb, yol yorğunluğunu çıxartmaq üçün dincəlmək istəyirdi. Mövzunu açmadan, birbaşa dəstəmaz almaq üçün hamama keçdi. Canamazını sərib, namaza başlamaq istəyən vaxt atası özünü saxlaya bilmədi:

- Bəli, oğlum artıq namazlarında kifayət qədər həssas ol. Çünki, daha sənin namazla bağlı 2 rükətin 70 rükətə çevrilmə bonusun əlindən alınmaq üzrədir. - Atası stolun üstünə bir vərəqi qoyub, eyvana çıxdı.

Nicat təəccüblə kağızı götürüb, baxdı. Məhkəmədən gələn bildiriş, boşanma ilə bağlı məsələnin qeydiyyata götürlməsini ona xəbər verirdi. Nicat təəccüblə anasına baxdı. Anası dolub dayanmışdı. Danışsaydı, ağlayacaqdı. Nicat bildirişi yenidən stolun üstünə qoyub, azan-iqaməsiz təkbir deyib, namazını qılmağa başladı.

- Camaat 18 il qız böyütdülər. Min bir əziyyətlə onu qorudular, əzizlədilər. Qızı ilə bağlı Məzahir kişinin arzuları sinəsinə sığışmırdı. Anası Bahar xanım, bir çiçək kimi qız böyütdü. Ailə onu gözü üstündə böyütmüşdü ki, bir dənə gədə gəlsin onu alsın və sahib çıxmaq üçün bir fədakarlıq edə bilməsin. Tüpürüm o işə ki, nəhayətdə bir ailənin dağılmaması üçün rədd edilə bilinməsin, – Nicatin atası Mürvət kişinin hirsindən əlləri titrəyirdi, - Məzahir kişidə səbir var. Mən bu qədər səbirli ola bilməzdim...

Bbir qədər dayanıb, Nicatin namaz qılmasına baxaraq:

– Vallah bu davranışından sonra o namazı mənim üçün qılsaydın, mən qəbul etməzdim. Sən bir bəndənin haqqına gir, qəlbini qır və dön o Kəbəyə ki, bir qəlb qırılması ilə 70 dəfə qırılmaqdan betər olur və oraya namaz qıl.

Nicat namazı qıla-qıla eşitdiklərindən yer ayrılsaydı, yerə girərdi. Çünki, bu vaxta kimi Mürvət kişi heç vaxt Nicatla bu cür sərt danışmamışdı. İndi birdən-birə atasının yerində sanki tam fərqli bir qəzəbli kişi dayanmışdı. Nicat namazı qılaraq, yemək yemədən evdən çıxdı.

Taksi sifariş edərək Türkana zəng etdi:

- Türkan, sizin məhəlləyə gəlirəm, aşağı düş. Düş aşağıya, sözüm var... Yaxşı, düşmə, onda mən özüm sizə gələrəm. Elə Məzahir kişi ilə də söhbətim var... Hə, bax belə... 10 dəqiqəyə düş aşağı.

Taksi bir qədər tez çatdı. Nicat həyətdə həyəcanla var-gəl etməyə başladı. Hirsindən əli-ayağı əsirdi, dili-dodağı qurumuşdu. Arxadan ayaq səslərini eşitcək, bütün bədəni həyəcandan süstləşdi. Çönüb qarşısında çiyninə açıq rəngli pəncəyini........

© Dəyərlər


Get it on Google Play