We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ailənin sui-zənn imtahanı - HEKAYƏ

7 0 0
22.04.2020

- Bir dəfə də vaxtında dur ki, qaçaqaça düşməyəsən. Gecikəndə də günahkar mən çıxacağam. 15 dəqiqəyə çıxıram, geciksən sizi gözləməyəcəm. Hər dəfə sizdən ötrü işdə danlanan mən oluram. Bu uşağı bir dəfə də vaxtında bağçaya aparsan, nə olar görəsən? – Elnarəin günü demək olar ki, həftəiçi aşağı-yuxarı bu sözlərlə başlayırdı.

- Əslində biz gecikmirik, sən tələsirsən. – Həsən yaxasını düymələyə-düymələyə yeni bəhanələrindən birini söylədi. Biz Əmirəli ilə özümüz gedərik. Əslində sən fəxr eləməlisən ki, bizim kimi kişilərlə yol gedirsən. Elə deyil, Əmirəli?

Ağzı yeməklə dolu olan Əmirəli atasının sözlərini başı ilə təsdiq etdi.

- Hə, əlimin duzu yoxdu e. Oğlun də özün kimi yaxşılıq anlayan olmadı. Yaxş Əmirəli, bir də məndən rəngli karandaş istəyərsən. – Elnarə əlində çay içə-içə dilləndi.

Əmirəli anladı ki, atasının tərəfini tutmağı ona baha başa gəldi.

Həsən mətbəxə gələrkən, gözü stolun üstündə nə isə fərqli bir şey aradı. Bir qədər gözlədi və Elnarəin davranışlarında fərqli heç bir şey görə bilmədikdə, bir qədər duruxdu. Bu gün Həsən üçün fərqli bir gün idi. Elə bu səbəbdən Həsən ona qarşı fərqli bir davranış gözləyirdi. Bu gün onun ad günü idi. Ən azından quru bir təbrik və ya xatırlama da olsa idi, razılaşardı.

Çayını içib, Əmirəlini boynuna mindirib, evdən çıxdı. Evdən çıxıb dayanacağa qədər Elnarə ilə birlikdə gedən Həsən, hər an Elnarənin təbrik dolu sözlərini eşidəcəyini gözləyirdi. Amma dayanacağa olan yol azaldıqca, Həsənin pərtliyi artırdı. Göründüyü bu idi ki, bu gün də sağollaşaraq ayrıldığı Elnarənin deyəcəyi bir şey yox idi.

Sağollaşan vaxt birdən Elnarənin yadına nə isə düşdü və dayanacağa tərəf gedən Həsənə səsləndi.

Həsən: “Nəhayət ki, yadına düşdü” – deyə fikirləşməyə fürsət tapmamış, Elnarə: “Axşam uşağı götürüb, Ramiləgilə gedəcəyəm. Ehsan məclisi var. Evdə dünənki yemək qalıb. Qızdırıb yeyərsən” - dedi.

Həsən Elnarə avtobusa minənə qədər yerindən tərpənmədi.

Bağça Həsənin yolunun üstündə olduğu üçün, o, Əmirəlini bağçaya qoyub, oradan piyada işə doğru gedirdi. Axşam isə işdən tez çıxdığından uşağı Elnarə götürürdü. Uşağı bağçaya qoyduqdan sonra, bu məsələ ilə bağlı uzun-uzadı düşünməyə başladı.

Əslində ad günü keçirtməyin həvəskarı da deyildi. Amma bu dəfə ad günü mövzusu Həsəni yaman pərt eləmişdi. Çünki, hər dəfə ad gününün səhəri stolun üstündə kiçik bir tort olurdu. Elnarə Həsənin şirniyyat xoşladığını bilirdi. Bu səbədən də səhər alınan o kiçik tort – ad günündə Həsənin ən sevdiyi hədiyyə olurdu.

“Yəni bizim qarşılıqlı duyğularımız bu qədər sürətli şəkildə nənəmin sandığına qoyuldu? Kim nə deyir-desin insan sevilmək, diqqət mərkəzində olmaq istəyir. Kiminsə onun haqqında düşünməsi, onu xatırlması insanın xoşuna gəlir. Bu hissi heç nə ilə basdırmaq olmur.

Əşşi, nə bilim, bizimki də belə gətirdi. Nənəm demiş, biz qora ikən mövüzə döndük”.

Həsən dərin bir ah çəkib, başının üstündən sürətlə keçən buludlara baxdı. İşin başlamasına az qalmışdı. Bu dalğınlıqla işə girmək istəmədi. Həmişə zarafat dolu sözləri ilə ətrafının kefini düzəldən halda, bu qədər dəyişikliyi gözdən yayınmayacaqdı. Özünü toparlayıb, ofisə girdi.

Həsən özəl sektorda çalışrdı. Kollektivdə özünəməxsus davranışları ilə həmişə fərqlənirdi. Bir otaqda 4 stol ətrafında cəmlənən kiçik bir kollektivdə çalışırdı.

Otaqda olanlar artıq uzun illər idi ki, bir yerdə işləyirdilər. Amma aralarına bir işçi yeni gəlmişdi. Yeni gələn xanım daha çox təcrübə keçirdi. Nigar xanım uyğunlaşmaq üçün hər gün saysız-hesabsız suallarla dolu olurdu. Həsən işində təcrübəli olduğu üçün, mümkün olan bütün köməkləri edirdi. Həsənlə uzun zaman birgə işləyən Farizlə Fərid də, işlərində kifayət qədər təcrübəyə sahib idilər.

Həsən həmişəki kimi ofisə girib salamlaşdı və stolun qarşısına keçdi. Otaqda yalnız xanım var idi. Həsən stolun üstündəki kağızları yerbəyer etməyə başladı.

- Uşaqlar haradadır, hələ gəlməyiblər? - Həsən başını stolun üstnüdəki kağızlardan ayırmayaraq, soruşdu.

- Gəliblər, sizin qabağınızca çıxdılar. Dedilər ki, indi gəlirlər. Harada olsalar, indi gələrlər - Nigar xanım hesabat verirmiş kimi cəld cavab verdi.

Həsənin telefonuna zəng gəldi, kimdən gəldyinə baxdıqda, sifətində qəribə bir təəəccüb yarandı. “Hə, Əli kişi, səndən nə əcəb? Hə, hə təşəkkür edirəm. Allah razı olsun. 35 olur. Qocalırıq yavaş-yavaş.. İnan ki, yada salmağın özü bir hədiyyədi. Yenə də diqqətinə görə çox sağ ol”.

Həsən həyətlərində maşınlara baxan kişinin onun ad gününü təbrik etməsindən az qala depressiyaya düşəcəkdi. Dodaqaltı: “Bir dəfə ad günü tortumdan bu kişiyə pay vermişdim. O bunu unutmayıb, telefonuna yazıb. Elnarə, daha mənim sənə sözüm yoxdu” - deyə mızıldandı.

- Həsən müəllim, deyəsən ad gününüzdür. Mən də təbrik edirəm. Deməli, bu zəng olmasaydı, biz də bilməyəcəkdik. Axı biz iş yoldaşıyıq. Ən azı bir tort yeməyə haqqımız çatır. Amma bu cür olmaz, hədiyyəsiz də yaxşı olmayacaq. Eybi yox ,onu da həll edərək.

- Nə ad günü, nə hədiyyə? Mən ad günü keçirtməyin xüsusi həvəskarı deyiləm. İş........

© Dəyərlər


Get it on Google Play