We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ərbəinin sevgi çatdırışları

4 0 0
18.10.2019

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

40 gündür ki, iman əhli Aşuranın yanğısını yaşayır. Və bundan 10 gün öncə də başlayaraq, nurani insanlar yetişdirən, şəxsiyyətli insanlar formalaşdıran bir əyyam yaşanır. Allah Təalanın xüsusi inayətilə bu günlər ərzində Aşuranın və Kərbəla məktəbinin mahiyyəti, fəlsəfəsiylə bağlı bir çox mövzularda bəhslər olub.

Bəhslərlə yanaşı, bütün Hüseynsevərlər məkanı kimi, Vətənimizin də hər bir guşəsində anım mərasimləri, əzadarlıq tədbirləri keçirilib. Bu tədbirlərin mənəvi zənginliyi, nurani dolğunluğu xüsusi diqqət yetirilən mövzulardandır. Və bu sırada ən əsası – Aşuranın həqiqətlərini, Kərbəlanın dərslərini nəzəriyyədən əməl müstəvisinə keçirtmək, bu nurani dərsləri gündəlik həyatda yaşatmaq fürsətlərindən yararlanmaqdır.

Məhərrəmlik dərsləri

Ərbəindən 10 gün sonra səfər ayı da bitəcək. Hüseyn (ə) qeyrətini, Hüseyn (ə) mübarizəsini simvolizə edən əzadarlıq mərasimləri, insanın vücudi inkişafı üçün nurani fürsətlər yaradan əyyam, yavaş-yavaş arxada qalacaq. Və burada insanın özünə verdiyi suallar var: nə götürə bildi məhərrəm-səfər əyyamından? Nə halda çıxdı bu əyyamdan? Hansı vəziyyətdə bu əyyamı yola salır? Daxilində nə kimi dəyişikliklər baş verib? Nə kəşf edib bu dönəmdə özü üçün, nələri götürə bildi? Bu məktəbin hansı dərslərini öyrəndi? Və bu əyyam bitəndən sonra gündəlik qayğıların təsirləri ona bu dərsləri unutduracaqmı? Əyyamdan götürdüyü ibrətlər həyatına nə qədər təsir qoyur?

Bu əyyam bitəndən sonra hərə öz həyatına bir cür davam edəcək. Bir qisim insanlar bu əyyam bitdikdən sonra, həyatlarını diametral surətdə dəyişirlər: gündəlik burulğan onları öz orbitinə çəkir və bir müddətdən sonra, artıq məhərrəmliyin onun ovqatında qoyduğu izlər tədricən silinir. Xoş olsun o insanların halına ki, bu əyyamda duyduqlarını, bu dönəmdə yaşadıqlarını, bu əyyamda əldə etdiklərini qoruyub saxlaya bilir, ilboyu bu haləti yaşada bilr.

Bu əyyam insana çox məsələləri öyrədir. Amma mərkəzi xətt kimi, Kərbəla məktəbində bu dərs keçir: izzəti, ləyaqəti heç zaman, heç bir şəraitdə, heç bir kəsə, heç bir məsələyə görə güzəştə getməmək. Əyyam insana hər zaman, hər şəraitdə və hər vəziyyətdə izzəti qorumaq dərsini keçir. İmam Hüseyn (ə) buna görə şəhid olub: razı olmayıb o Həzrət (ə) öz izzətini, ləyaqətini heç bir şeyə, o cümlədən, həyatına da belə dəyişməyə.

Bu əyyam insana Aşura məktəbinin müxtəlif çalarlarını, müxtəlif fraqmentlərini öyrədir. İmam Hüseynin (ə) uğrunda vuruşduğu dəyərlər; Əba Əbdillahın (ə) ən ağır vəziyyətlərdə səbirlilik, təvəkkül, iman, şücaət nümayiş etdirməsi; düşmənə qarşı da belə, rəhimli və şəfqətli olması; hər an Allahla qırılmaz rabitədə olmaq durumu və saysız-hesabsız digər dərslər var burada. Yaxud Xanım Zeynəbin (s.ə) o müsibətli Aşuradan, sonrakı misilsiz ağır imtahanlardan ən yüksək səviyyədə çıxması kimi dərslər var burada. Və bu dərslər nəzəri səciyyəli qalmamalıdır, insanın gündəlik həyatında öz real əksini tapmalıdır.

Ərbəin günü

Ərbəin günü. İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə şəhid olmalarından 40 gün ötür. Ərbəin günü – bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin........

© Dəyərlər