We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ədalət – bütün varlığın bünövrəsidir

5 0 0
27.09.2019

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimizdə şeytan lənətliyin insanlar yaşayan camiələrdə özünə düşmən bildiyi kateqoriyaların araşdırlması mövzusunu davam etdirəcəyik. Ötən bəhslərdə araşdırılan xüsusiyyətlər bir ümumi məxrəcin mövcudluğuna diqqət çəkir: bütün bu cəhətlər bəndəlik, toplumda harmoniklik, İlahi razılıq kimi dəyərlər bazasında mövcuddur. Allah Təala cəmi insanları toplumlarda bu dəyərlərin ötürücüsü və daşıyıcısı qərar versin, inşəallah!

Ata-anaya ehtiram

Allah Təala Qurani-Kərimin «Fatir» surəsinin 6-cı ayəsində buyurmuşdur: «Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs siz də ona düşmən olun».

Bu baxımdan İlahi tövsiyəyə riayət edib nicat tapmaq, iblisin (lən) düşmənlərindən olmaq üçün bu sahədə geniş araşdırmalara ehtiyac var.

Lənətlik iblisə qarşı olanlar barədə ötən bəhslərimizdə söhbət eləmişdik. Bu gün növbəti kateqoriyaya toxunacağıq.

20-ci kateqoriya ki, şeytan lənətliyin düşmənidir - valideynlərinə qarşı mehriban olan insanlardır. «(İblis deyər): «O kəslərlə /düşmənəm ki/, öz ata və anaları ilə mehribandırlar və onlara ehtiram göstərərlər».

Məlum olur ki, iblis lənətliyin qıcıqlanmasına, narahat olmasına, öz çirkin niyyətlərini həyata keçirməsinə mane olan ciddi amillərdən biri də insanların öz valideynlərinə diqqətli və mehriban olmalarıdır. Və müvafiq olaraq, şeytanın əsas iş-gücündən biri odur ki, ata-anaya olan ehtiramı dəyər statusundan çıxarsın. Bunun bir çox toplumlarda nümunəsini görürük. Dünyanın bir çox bölgələrində «nəsillər problemi» - həllini çətin tapan əsas məsələlərdəndir. Bir çox sosial-psixoloji problemlərin kökündə məhz valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməməsi durur. Onu da qeyd etmək gərəkdir ki, bu problemlər çox vaxt süni surətdə qabardılır. İblis lənətlik üçün ata-anaya ehtiramsızlıq «fəaliyyət» üçün böyük rahatlıq yaradan bir mühiti formalaşdırır.

Haradandır iblisin bu məsələyə belə həssaslığı? Çox sadə məsələ var burada: insan çaşanda, kiminsə haqqını basanda, zülm edəndə ən azı valideyni ona bu yolun pisliyini, məhvedici mahiyyətini anlada bilər. İblisin bundan narazı qalması isə - təbiidir.

Yaradana təşəkkür

Əziz Peyğəmbərimizə müraciət etsək, görərik ki, o mubarək şəxsiyyət ata-anaya ehtiramı ən yaxşı işlər sırasında qeyd etmişdirr. Allah yanında ən sevimli işlər barədə İbn Məsudun sualının cavabında Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Vaxtında qılınan namaz». «Daha sonra nə?» sualına cavabda Allah Elçisi........

© Dəyərlər