We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnsanın azadlığı yolunda duran 10 daxili büt

3 0 0
11.10.2019

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimizdə biz “İslamın nəzərində həqiqi insan azadlıqları, həqiqi insan hüquqları nədir?” müstəvisində mövzunu davam etdirəcəyik.

İstənilən məsələdə, istənilən mövzuda, qarşıya çıxan istənilən çətinlikdə hər bir məktəb, hər bir dünyagörüşü özünün məntiqini, düşüncəsini, təfəkkürünü, baxışını təqdim edir. Bu məktəblər, bu yollar arasında o yol daha çox üstünlük təşkil edir ki, realist dünyagörüşünə, insanın həqiqi yaşamı ilə bağlı olan dünyagörüşünə daha çox uyğun olur.

Biz bəhslərimizdə ona da toxunduq ki, azadlıq anlayışına 200-dən çox tərif verilib, amma bütün cəzzabiyyətinə baxmayaraq, insanda nə qədər şövq oyatmasına baxmayaraq, bu söz heç də hamı tərəfindən müsbət yöndə tövsif olunmur, heç də bütün anlamları insanı avtomatik olaraq təkamülə aparmır. Onun müsbət və ya mənfi olması – bu anlayışı hallandıran, onu tətbiq edənin dünyagörüşünə köklənir.

İki şey var ki, bu bəhsi edərkən onlar bilinməlidir. Ondan sonra azadlıq sözü ya müsbət hala keçir, ya mənfi hala. O iki şeydən birincisi budur ki, gərək insan ayırd edə nədən azadlıq. İkincisi də - nə üçün azadlıq. Misal üçün adam var, deyir mən elə istəyirəm insanlıqdan azad olum, insani sifətlərdən azad olum. Bu halda “azadlıq” çox mənfi bir mənaya dəlalət edir. İnsan da var, deyir mən istəyirəm yalançı xurafatlardan azad olam. Bu, olur müsbət mənada azadlıq.

İslam alimlərindən biri azadlıq sözünə bir tərif verir, özünün də vurğuladığı budur ki, bu, təqribi bir tərifdir. Deyir: azadlıq – yəni Allaha xalis bəndəlik etmək. Azad insan – o insandır ki, Allahın xalis bəndəsi olsun və şirkin bütün növlərindən uzaq olsun. İnsan əgər bütsındıran olsa, insan əgər daxili bütünü sındırsa, öz mənəmliyini, özünün daxilindəki bütünü Allaha şərik qərar verməsə, insan əgər öz daxili bütündən qurtulsa – o, olar azad insan. İnsan yalnız şirkin bütün növlərindən azad olduğu təqdirdə, daxili və xarici bütləri Allaha bərabər tutmaqdan, Ona şərik qərar verməkdən imtina etdiyi təqdirdə azad ola bilir.

Yəni, İlahi olmayan hər şeydən uzaq olmaq – həqiqətdə azad olmaq, hürr olmaq, azadlığa nail olmaq deməkdir. Həzrət Əlidən (ə) mübarək bir hədis var. Buyurur: Allahdan qeyrisinin qulu olma, Allah səni hürr və azad xəlq edib. İnsan gərək anlaya bunu, bu beşgünlük dünyada Allahdan qeyrisinin qulu olmasın.

İnsanşünaslıq nəyə lazımdır?

Allah bizi bir insan kimi xəlq edəndə hürr xəlq edib, azad xəlq edib. Buradan aydın olur ki, azadlıq və ümumən insan haqları yalnız İlahi müstəvidə mümkündür. Əgər bundan kənara çıxsa, azadlığın özünə zülm edilib. Çünki, hər hansı anlayış Ən Aliyə dayanmadıqda, həqiqi durumundan çıxaraq, surroqat vəziyyətə keçir.

Biz keçən bəhslərimizdə gəlib çıxdıq o yerə ki, əgər istəsək insanla bağlı istənilən bir şeyi həll edək, gərək əvvəl aydın edək insan özü kimdir. Keçən bəhsimizdə qeyd olundu: dünya bu gün qarşısına insanşünaslıq, insan tanıma, insanın vücudi baxımdan araşdırma baxımından vəzifə qoymalıdır. Əks təqdirdə, yanlış yolla gedərək, yanlış nəticələrə gəlmiş olar.

Bunu adi məntiq deyir. İstənilən nə iləsə bağlı bir həqiqətə çatmaq istəyiriksə, gərək əvvəl o obyektin özünü tanıyaq, o fərdin özünü tanıyaq. Absurd olar ki, insan kompüterdə işləmək istəyə, amma bilməyə ki, kompüter nədir. Maşın sürmək istəyə, bilməyə maşın nədir. Dövlət idarə etmək istəyə, bilməyə dövlət nədir. Cəmiyyətdə prosesləri tənzimləmək istəyə, bilməyə cəmiyyət nədir. İnsan psixoloqu olmaq istəyə, amma bilməyə insanın psixologiyası nə olan şeydir. Bunlar nə olar? Belə olsa, hər şeyə zülm olunar. Kompüterə də zülm olunar, maşına da zülm olunar, dövlətə də zülm olunar,........

© Dəyərlər