We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnsan təkamülünün açarı

5 0 4
15.01.2021

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Əyyami-Fatimiyyə (s.ə) günlərini yaşamaqdayıq. Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhidlik günlərindəyik. Bu günlərdə Xanımın (s.ə) məqamını anlamaq, onun şəhidliyinə gətirib çıxardan amilləri araşdırmaq – çox önəmlidir. Xüsusilə də Əhli-Beytin (ə) məqamını dərk etmək çox mühümdür.

Əhli-Beytə (ə) aid sınaq vasitəsi imtahanı

Həzrət İmam Baqir (ə) buyurur: “Həzrət Peyğəmbər (s) bir gün Həzrət Əli (ə), Həzrət Fatimə (s.ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyni (ə) bir otaqda yanına çağırır və qapını bağlayır. Sonra buyurur: “Ey mənim Əhli-Beytim ki, həm də Əhlullahsız – Allahın əhlisiniz!

Allah sizə salam göndərir və Cəbrayıl (ə) da hal-hazırda bizimlə otaqdadır və Allah Təala buyurur: “Mən sizin düşmənlərinizi sizin üçün sınaq vasitəsi qərar vermişəm. Bu haqda nə əqidəniz, nə düşüncəniz var?””.

Əhli-Beyt (ə) cavab verir: “Biz bu sınağa səbir göstərəcəyimizi, İlahi qəzaya razı olmağımızı və xoşhallığımızı bəyan edirik ki, bunun vasitəsilə Allahın lütf və rəhmətinə qovuşaq, bağlanaq və Onun ən ali əcr və savabını qazanaq. Çünki, bilirik ki, sınaq, müsibət və bəlalara səbir edənlər xeyirli mükafat əldə edəcəklər”. Həzrət Peyğəmbər (s) bu sözdən sonra ağlamağa başlayır. Hətta otaqdan kənarda onun ağlamaq səsi eşidilir. Sonra Furqan surəsinin 20-ci ayəsi nazil olur: “Biz sizin bir qisminizi digəriniz üçün sınaq vasitəsi etmişik ki, görək öz vəzifələrinizi yerinə yetirməkdə səbir edəcəksinizmi? Sənin Rəbbin hamının halını həmişə görəndir””.

İnsanlar bir-biriləri üçün sınaq mənbəyidir

Ayəyə diqqət etdikdə, anlamına nəzər saldıqda görürük ki, insan biri-biriləri üçün əslində sınaqdırlar. Bu ayənin təfsiri nöqtələrinə keçməzdən öncə, bir onu vurğulamaq lazımdır ki, Aşura günü Kərbəla səhnəsində Həzrət İmam Hüseynin (ə) nigaranlığı var idi ki, birdən onun da sınağı Həzrət İbrahim (ə) kimi yarımçıq bitər. Belə ki, o Həzrət (ə) tam, kamil halda, sonadək bu imtahanı vermək istəyirdi...

Əgər məsum insan meydana çıxırsa, bu, bəşərin xilası üçündür. Həzrət Fatimeyi-Zəhranın (s.ə) meydana çıxması və öz vəzifəsini yerinə yetirməsi – əslində İlahi vilayəti, Həzrət Əlinin (ə) mübarək vilayətini müdafiə etmək, möminlərə, iman əhlinə bu istiqamətdə yol göstərmək üçün idi.

Günümüzdə də bu mövzu aktualdır. Allah Təala bizlərə İlahi nura, İlahi vilayətə tərəf yönəlməni nəsib etsin!

Müfəssirlər buyururlar ki, bu ayədən çıxara biləcəyimiz birinci dərs budur ki, Həzrət Peyğəmbər (s) insanlar içərisində sadə həyat yaşayırdı. Və insanlar üçün bu, sınaq idi. Əgər Peyğəmbərimiz (s) sarayda yaşasaydı, imkanlı olsaydı – təbii ki, camaat dünyada onun ətrafına daha rahat yığışardılar. Amma, Peyğəmbərimizin (s) sadə yaşaması və insanlar içərisində olması – digər insanlar üçün bir sınaq idi. Əslində dəyər də elə bundadır. Çünki, digər halda onların Peyğəmbərə (s) tərəf yönəlməsi mənəvi dəyər üzərində olmazdı. Peyğəmbərin (s) sadə yaşayıb insanlar........

© Dəyərlər


Get it on Google Play