We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yəməndə 5 ildə nələr baş verdi - TƏHLİL

4 0 0
27.09.2019

Əlverişli strateji ərazi


Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşir. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir. Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur.

Yəmənin ərazisi 528 min kv. kilometr, paytaxtı Səna şəhəridir.

İqtisadiyyat

Yəmən iqtisadiyyatı əkinçilik və heyvandarlığa əsaslanır. İşləyən əhalinin 71.5%-i əkinçiliklə məşğul olur. Taxıl, pambıq, xurma, banan, darı, qəhvə, müxtəlif növ meyvə və tərəvəzlər əsas əkinçilik məhsullarıdır. Bundan başqa Yəməndə neft yataqları qonşu ölkələrlə müqayisədə çox olmasa da, kifayət qədərdir.

1990-ci il. Yəmənin birləşməsi

Yəmən Respublikası 22 may 1990-cı ildə iki Yəmən dövlətinin - Şimali Yəmən (Yəmən Ərəb Respublikası) ilə Cənubi Yəmənin (Yəmən Xalq Demokratik Respublikası) birləşməsi yolu ilə yaradılıb.

Birləşmədən əvvəl Şimali Yəmən əsasən Qərb (NATO) silahları, Cənubi Yəmən isə Şərq (SSRİ və Rusiya) istehsalı silahlarla təchiz edilirdi. Birləşməyə baxmayaraq, Şimal və Cənub arasındakı ziddiyyət, 1994-cü ilin əvvəllərində vətəndaş müharibəsinə gətirib çıxardı.

Müharibə həmin ilinin iyul ayında Şimalın qələbəsi ilə sona çatdı. Hər iki Yəmənin malik olduğu silah və hərbi texnika arsenalının mühüm bir hissəsi məhv edildi. Ümumiyyətlə, Yəmən ordusunun silahları kifayət qədər köhnədir. 90-cı illərin ikinci yarısında MDB ölkələrində, Çexiyada və Polşada istifadə olunan 2-ci kateqoriyaya aid, bəzən isə o zamana........

© Dəyərlər