We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İmamlar (ə) hədis buyurarkən, niyə mənbə göstərməyiblər?

3 0 0
30.06.2019

Bəziləri belə bir yersiz iddia ortaya atırlar ki, Əhli-Beyt (ə) məktəbinə aid olan hədislərin sənədlərinin çoxu mürsəldir. Mürsəl hədis – zəif hədis hökmündədir. Mürsəl hədis ona deyilir ki, məsələn bir şəxs Peyğəmbəri (s) görməyə-görməyə ondan hədis nəql edir. Yəni Peyğəmbəri (s) görməyən şəxs, təbii ki, o Həzrətin (s) özündən hədis eşitməyib və kimdənsə nəql edir. Buna əsasən, belə hədisin sənədinə mürsəl deyərlər.

Burada bir haşiyə çıxaq ki, istisna olaraq, bəzi hədis nəql edən şəxslərin mürsəl hədisləri səhih hökmündədir.

Belələri hətta iddialarında o yerə çatırlar ki, bəzi Əhli-Beyt İmamları (ə) üçün də deyirlər ki, onlar Həzrət Peyğəmbəri (s) bilavasitə görmədikləri halda Peyğəmbərdən (s) hədis nəql ediblər və bu səbəbdən bu hədislərin sənədi guya mürsəl hökmündədir.

Məsələn İmam Sadiqdən (s) hədis nəql ediləndə ki, Həzrət Peyğəmbər (s) bu cür və bu cür buyurub və onlar deyirlər ki, bir halda ki, İmam Sadiq (ə) Peyğəmbəri (s) görməyibdir, bu səbəbdən iddia edirlər ki, belə hədislər guya mürsəldir.

Əlbəttə ki, bu cür iddiaçılar İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün istisnalar edirlər, çünki, bu əziz İmamlar (ə) Həzrət Peyğəmbəri (s) görüblər və bilavasitə o Həzrətin (s) özündən hədis eşidiblər.

Keçək bu iddiaların cavabına.

Əvvəla bunu qeyd etməliyik ki, bizim əlimizdə........

© Dəyərlər