We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əhli-sünnə mənbələrində Qədir-Xum hədisinin təsdiqi

6 0 0
19.08.2019

İmam Əlidən (ə) nəql olunub: "Peyğəmbər (s) Qədir-Xumda Əlinin əlindən tutaraq dedi: "Allah Təbərəkə və Təala sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?".

(Səhabələr) dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulunun (s) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və Allah və Rəsulunun (s) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?".

(Səhabələr) dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulu (s) hər kimin mövlasıdırsa (ixtiyar sahibi və dostudursa), bu Əli də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri Allahın Kitabı və digəri isə mənim Əhli-Beytimdir"”.

- Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi səhihdir.

(Mənbə: İbn Həcər əl-Əsqəlani, "əl-Mətalibul-aliyə", c. 16, s. 142, hədis 3943).

Zeyd ibn Ərqəm nəql edir: "Rəsulullah (s) vida həccindən qayıdan zaman Qədir-Xum deyilən yerdə dayandı. İri ağacların altının........

© Dəyərlər