We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əhli-sünnə mənbələrində İmam Hüseynin (ə) fəzilətləri barədə deyilənlər

4 0 0
27.09.2019

1. Əbu Səid əl-Xudri nəql edir: "Allahın Rəsulu (s) belə buyurub: "Həsən və Hüseyn (ə) cənnət cavanlarının seyyidləridir (ağalarıdır)”.

Tirmizi deyib: "Bu hədis – həsən səhihdir".

(Mənbə: "Sünən Tirmizi", 5/656, hədis 3768)

2. Üsəmə ibn Zeyd nəql edir: "Həzrət Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev"”.

Tirmizi deyib: "Bu hədis – həsəndir (mötəbərdir)”.

(Mənbə: "Sünən Tirmizi", 5/656, hədis 3769)

3. Yalə ibn Murra nəql edir: "Allahın Rəsulu (s) belə buyurub: "Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin"”.

Tirmizi deyib: "Bu hədis – həsəndir (mötəbərdir)”.

(Mənbə: "Sünən Tirmizi", 5/658, hədis 3775)

4. İmara ibn Umeyr nəql edir: "Ubeydullah ibn Ziyadın (lən) və adamlarının başları gətirildikdə, Rəhbədə məscidə düzüldü. Mən də onların yanlarında idim və camaat “gəldi, gəldi!” deyirdilər. Bir ilan gəlib başların arasında dolaşdı və sonra isə Ubeydullah ibn Ziyadın burnunun deşiklərindən burnuna daxil oldu və bir qədər sonra xaric olub getdi. Sonra insanlar yenə “gəldi, gəldi!” dedilər. İlan bu işi iki və ya üç dəfə etdi".

Tirmizi deyib: "Bu hədis – həsən səhihdir".

(Mənbə: "Sünən Tirmizi", 5/660, hədis 3780)

5. Əş-Şəbiy deyir: "Yuxumda əllərində nizə olan adamların göy üzündən enib, Hüseynin (ə) qatillərindən intiqam aldıqlarını gördüm. Çox keçmədi ki, Muxtar onları öldürdü".

Hafiz əl-Heysəmi deyib: "Ət-Təbərani rəvayət edib və sənədi həsəndir" (mötəbərdir).

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/314, hədis 15151)

6. Aişə nəql edir: "Allah Rəsulunun (s) üzərində qara yundan naxışlı bir örtük olduğu halda (evdən) çıxdı. Həsən ibn Əli (ə) gəldi və onu həmin örtükə daxil etdi. Sonra isə Hüseyn (ə) gəldi, onu da birgə daxil etdi. Sonra Fatimə (s.ə) gəldi və onu da örtükə daxil etdi. Sonra Əli (ə) gəldi və onu da örtükə daxil etdi.

Sonra Allah Rəsulu (s) belə buyurdu: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi........

© Dəyərlər