Natiq Güləhmədoğlu
Bütün alçaq, zalım rejimlərin birinci vəzifəsi əhalini siyasətdən uzaq saxlamaqdır. Siyasət gözdən salınır, qorxulu sahə kimi təbliğ edilir və insanların əksəriyyətində belə bir rəy yaradılır: siyasət mənim nəyimə lazımdır, nə prezident olanam, nə nazir, nə deputat. Qoy, belə şeylərin həvəsində olanlar siyasətlə məşğul olsun, mən başımı salıb aşağı həyatımı yaşayım. Zahirən bu fikirlər əsaslı görünsə də puçdur. Niyə?
Çünki, siyasət təkcə vəzifəyə gəlmək, harasa seçilmək məsələsini ilə məşğul deyil.
Siyasət ən ucqarlarda yaşayan insanların həyatına forma verir. Siz hər gün obaşdan, qaş qaralana qədər “mən siyasətə qarışmıram” desəniz də, siyasət sizlədir, sizə qarışır.
Sizin nə yeməyinizi, nə geyməyinizi, nəyə baxmağınızı, dinləməyinizi, hara gedib gəlməyinizi, harda yaşamağınızı SİYASƏT MÜƏYYƏN edir.
Soveti görənlər yaxşı xatırlayacaq: o zaman siyasətə qarışmayanların əmək haqqından, təqaüdündən, təhsilindən, saç düzümündən, geyimindən, xarakterinə qədər hər şeyi dövlət hakimiyyətini ələ keçirən bir ovuc şəxs müəyyən edirdi. Elementar misal, pulun vardı amma avtomobil, ev almaq-tikmək zülm idi, hansısa xarici markaları istifadə etmək qadağan idi, eləcə də müxtəlif xarici filmlər, musiqi, ədəbiyyatla tanış olmaq.
Dövlət (siyasət) bunu-yəni cəmiyyətə forma vermək, hər yerdə edib, etməkdədir. Bizdəki kimi alçaq, zalım rejimlərdə bunu-qayda qanunları, xalqın iradəsindən asılı olmayan bir ovuc siyasətçi öz keflərinə görə müəyyənləşdirir. Demokratik, siyasiləşmiş cəmiyyətlərdə isə bunlar ümumxalq müzakirələri, diskusiyaları, seçkiləri vasitəsilə yaradılır. Çoxluq müzakirə ilə öz həyat tərzini nizamlayacaq qaydaları, qanunları ərsə gətirir.
Bax buna görə hamının siyasətlə məşğul olması vacibdir-hətta siyasətdən zəhləsi gedənlərin.
Siyasətdən yaxanı kənara çəkmək o mənaya gəlir ki, sən deyirsən: mən biorobotam-necə yaşayacağımı, nə yeyib, nə içəcəyimi, gələcəyimi, bugünümü siz -bir dəstə kefqom, qərarlaşdırın!
Bunu şüurlu edən insana heç bir sözüm yoxdur, necə deyərlər, bu onların seçimidir. Lakin, belə biriləri gərək zalım və alçaq rejimin onun başına gətirdiyi oyunlara, hoqqalara nəinki mızıldasın, əksinə yuxarıdan nə pislik görsə onu ehsan kimi qəbul etsin.
Siz siyasətə qarışmasanız da,o sizə qarışacaq - Natiq Güləhmədoğlu
6
0
20.07.2023
Natiq Güləhmədoğlu
Bütün alçaq, zalım rejimlərin birinci vəzifəsi əhalini siyasətdən uzaq saxlamaqdır. Siyasət gözdən salınır, qorxulu sahə kimi təbliğ edilir və insanların əksəriyyətində belə bir rəy yaradılır: siyasət mənim nəyimə lazımdır, nə prezident olanam, nə nazir, nə deputat. Qoy, belə şeylərin həvəsində olanlar siyasətlə məşğul olsun, mən başımı salıb aşağı həyatımı yaşayım. Zahirən bu fikirlər əsaslı görünsə də puçdur. Niyə?
Çünki, siyasət təkcə vəzifəyə gəlmək, harasa seçilmək məsələsini ilə məşğul deyil.
Siyasət ən........
© Azadliq
visit website