Konstitusiya Məhkəməsinin hakimləri andlarını pozub


1-ci dərəcəli Qarabağ əlilinə işgəncəyə KM də qiymət vermir


1-ci dərəcəli Qarabağ əlilinin 03.09.2022-ci ildə 6 və 9 yaşlı körpə nəvələrinə də stress yaşatmaqla beş maşın polisin zoru ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb işgəncəyə uğradılmasına, 2 sutka məhkəmə qərarı olmadan işgəncə kamerasında yaralı durumda saxlanılmasına , evinin “protokol qaydasında” axtarış” adı ilə talan edilməsinə hələ də qiymət verilməyib. Polis rəisi Ziya Əliyev, 24 PŞ-nin rəisi Seymur Qarayev, onun müavini Natiq Hüseynov, sahə müvəkkili Elçin İslamov, müstəntiq Qalib Kərimli və 20 nəfər civarında xüsusi əməliyyat qrupu mütəşəkkil cinayətkar dəstə şəklində sifarişlə savaş qazisinin 9 qabırğasını sındırıb, ağ ciyərində hematoma əmələ gətirdib, açıq-qapalı baş beyin travması vurub, tibbi yardıma da , informasiyaya da qadağa qoyub. 2 sutkalıq həbsdən çıxan kimi şikayət edilən Nizami prokurorluğu ekspertiza təyin edib və …aldığı rəyi indiyədək işgəncəgörən əlilə verməkdən , fakta hüquqi qiymət verməkdən imtina edir.
Rayon prokuroru Pərviz İbayev anında cinayət işi qaldırmağa borclu olduğu halda , əksinə, cinayəti ört-basdır edir, hətta müstəntiq Qalib Kərimlinin vəsatəti əsasında işgəncə kamerasında həbsdə saxlanılan 1-ci dərəcəli savaş........

© Azadliq