Bu qapıdan keçənə polis də dəymirdi…
Çox inanclı bir dostum vardı, ocaqları, pirləri tez-tez ziyarət edirdi.
Ona deyirdim, elə bil, sən Allahı göydən çox yerdə axtarırsan. O da mənim inancımı yarımçıq sayırdı. Deyirdi, insanın içindəki boşluğu təkcə dua ilə doldurmaq olmur, bəzən bir ağır ocağın daşına əl sürtmək, bir qəbir başında dayanıb, bir pirin havasını udmaq da Allaha ibadətdir.
Bəlkə də haqlıydı. Amma mənə görə bir insanın inanclı olub-olmadığını bilmək üçün yalnız nəyə sığındığını deyil, nədən qaçdığını da bilmək lazımdır.
Tələbəlik illərim idi, anamı yenicə itirmişdim.
Bir az özümə qapanmışdım. Dostum mənim bu halımdan əndişələnirdi, ciddi israrla məni ağır bir ocağa götürürdü. Dostum, seyidin nəvəsi və mən səhər tezdən ocağa doğru yola çıxmışdıq.
Nəvə öz babası haqqında o qədər gözəl xatirələr danışırdı ki, yol uzandıqca mən də az qala hekayənin içinə girmişdim, yavaş-yavaş hekayələrin........
