We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Prezident və xanımının foto ilə dedikləri

2 0 1
02.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa-konservasiya işləri ilə tanış oldular.

Bu, xəbərin rəsmi hissəsidir.

İçərişəhər isə… sadəcə, coğrafi ərazi vahidi deyil. UNESKO-nun Dünya Mədəni İrs siyahısına salınmış bir abidədir.

Ancaq bizimçün İçərişəhərin əhəmiyyəti, dəyəri bununla ölçülmür ki! Mənəvi sərhədləri coğrafi yükündən qat-qat ağırdır bu Şəhərin…

İşərişəhər – hər bir azərbaycanlı üçün Bakının simvoludur, döyünən ürəyidir, daşı ilə, divarı ilə, Qala qapısı, Qız qalası ilə birgə keçmişimizdir, qədimliyimizdir, şəhər mədəniyyətinin, şəhər aristokratiyasının, siyasi, iqtisadi ənənələrimizin beşiyidir.

Amma təkcə bu da deyil!

Tarixi tunc dövrünə gedib çıxan Qalanın ərazisindən tutmuş küçələrinin, məscidlərinin sayına, Qız qalasının hündürlüyünə və formasına, şəhərin arxitekturasına qədər tamamilə simvollardır, hürufdur, mistik rəqəmləri ehtiva edir: bu Şəhərin hər daşının altında bir hücrə gizlənir, hər qarış torpağının altında mənəvi-mistik və mifoloji dünyamızı özündə əks etdirən abidə dayanır.

Hələ İçərişəhər tam öyrənilməyib və açılmayıb: hər abidənin altından daha qədim abidənin tapılması və bu tikililərin tarixin ayrı-ayrı qatlarında fərqli bir dünyagörüşü əks etdirməsi, inanclar sisteminə bağlı olması öyrənildikcə bitməyən bir aləmdir. Yalnız Seyid Yəhya Bakuviyə aid mistik auranı özündə daşıyan hücrələri araşdırmaq və dərk etmək üçün bir neçə ömür lazımdır.

İçərişəhərin qatları sanki Avesta "Qat"larıdır: dəyişdirilsə də, mahiyyətinə fərqli çalarlar əlavə edilsə də, Qatlar vərəqləndikcə - İçərişəhər qazıldıqca hər torpaq qatından bir inanc sistemi oxunur.

İçərişəhər – xalqımızın təkcə daş yaddaşı, qan yaddaşı deyil, dünyaya və yaradılışa, "18 min aləmə" baxışıdır, əcdadlarımızı ruhudur, ənənələrimiz, adətlərimizin yaranma səbəblərini anladan kitabdır: ancaq bu kitab gözlə oxunmaz, burdakı hərflər görünməz, burdakı simvollar yalnız ruhunla hiss edilər - əgər bu millətin "əcdad ruhunu" hiss etmək gücündəsənsə…

İçərişəhəri gəzəndə necə dinclik tapdığınızı fərq etmisinizmi? Çünki bu kiçik-iç şəhər "İçəri" – daxili, mənəvi şəhərdir! Buranın ruhu........

© axar