We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Mübarizə güllə atan azərbaycanlı...

4 0 0
10.05.2019

Mayın 8-i sakit-səssiz ağrılarımla sosial şəbəkələri izlədim. Çoxluq özünü qınayır, toplumu qınayır, dövləti qınayır...

Anlaşılandır. Hamısı anlaşılandır.

Amma bir qorxulu kampaniyalaşma da sezdim ki, bu, dəhşətdir. Ona görə ki, Şuşa mistikasını darmadağın etmək, “Şuşa olmayacaq, Şuşa qayıtmayacaq, sən yalnız turist kimi gedib görə biləcəksən o torpaqları, artıq bu durumla barış” kimi təhlükəli informasiyaları altşüura oturtmaq cəhdləri var!

“Ərəblər Qüdsü itirdilər, biz də Şuşanın işğalıyla barışmalıyıq” deyə, cəmiyyətə ismarış verməklə 2 yaşlı Zəhranı güllələmək arasında heç bir fərq yoxdur. O da düşmənçilikdir, bu da: o balamızı güllə ilə öldürür, sən sözlə! O balamızı cismən əlimizdən alır, sən mənən.

Və ikinci daha dəhşətlidir!

Müharibədə hər şey olur – udarsan da, uduzarsan da. Müharibəni uduzmaq qorxulu deyil. Ordunu toplayarsan, güclənərsən, təkrar savaşıb qazanarsan. Yüzillərlə başqa xalqın işğalı altında inləyən xalqlar var ki, bu gün dünyaya meydan oxuyurlar.

Qorxulu odur ki, sən ruhən uduzursan, şüurda məğlub olursan, müqavimət göstərmirsən, “taleyinlə” barışırsan və miskincəsinə altşüura məğlubiyyətlə barışmaq mesajı verirsən, insanların inamını, ümidini işğal edirsən, itirdikləriylə barışıb, yaşamağa çağırış edirsən.

Bu həm də xəyanətdir, cinayətdir!

İnanclarımız,........

© axar