We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Lotu Quli Əli İnsanov haqda qərar verməlidir…

4 0 0
22.03.2019

Əli İnsanovun həbsdən çıxan günü mediaya verdiyi bir neçə cümləlik açıqlaması artıq iki gündür müzakirə edilir. Daha doğrusu, onun hər cümləsi ilə bağlı münasibətlər bildirilir.

Səbəbi çox sadədir. Çünki Əli İnsanov işlətdiyi bir neçə cümlə ilə düşüncə və dünyagörüşünün fərqli çalarlarını bütövlükdə ortaya qoydu.

Onun “müxalifət mənə qoşula bilər”, “ABŞ Konqresinə təşəkkür” və s. ifadələri artıq reaksiyasını alıb. Yeri gəlmişkən, Əli İnsanovun ABŞ Administrasiyası deyil də, birbaşa ABŞ Konqresinə “təşəkkürü” də onun “siyasi savadının” bəhrəsi idi.

Ancaq məni bir insan olaraq düşündürən onun ailəsi ilə bağlı verdiyi açıqlama oldu ki, bunu da millət vəkili Qüdrət Həsənquliyev çox dəqiq təyinlə müzakirəyə təqdim etdi.

Siyasi dünyagörüşü ilə bərabər, Əli İnsanov ailəyə münasibətini ortaya qoymayla, həm də cəmiyyətə bir ismarış verdi. Çünki ailə cəmiyyətin və bütövlükdə dövlətin “mənşəyi” hesab olunur. Ailəyə münasibət həm də cəmiyyətə baxışın, ictimai dəyərlərə münasibətin........

© axar