menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

18 0
25.12.2025

Müstəqilliyimizin 22 ili Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edib. Biz bu illər ərzində Qarabağın azad ediləcəyinə sadəcə, inanmışıq. Amma necə? Konkret bir fikrimiz vardımı? İlham Əliyevin çevik, hətta gözlənilməz strategiyası, dinamik siyasi gedişləri ilə, prosesə lokal deyil, qlobal yanaşması ilə cəmi 44 1 günə dalana dirənmiş kimi görünən bir münaqişəni həll etməsi və bunu Azərbaycanın adına yaraşan şəkildə etməsi qürurvericidir. Böyük qürur, şərəf və şövqdür, fərəhdir. Bu, hər bir azərbaycanlı üçün şərəf dastanıdır.

Ermənilər 30 il öncə dinc azərbaycanlıları öz evlərindən, yurdlarından qışın şaxtasında ayaqyalın, başıaçıq qovmuşdular. Dəhşətli işgəncələr vermişdilər insanlarımıza. Günahsız insanları, qocaları, qadınları, uşaqları insanlığa sığmayan manyakal işgəncə ilə qətl etmişdilər. Xocalı soyqırımını törətmişdilər.

Azərbaycan isə 44 1 günlük savaşda əsl türk əxlaqına yaraşan şəkildə, mülki əhaliyə zərər vermədən müharibə apardı. Hətta ölkəni tərk etmək istəyən ermənilərə yüksək həssaslıqla yanaşıldı. Və bu ləyaqətli davranışı bütün dünya gördü. Bütün bu hadisələrin, bu şərəf hekayəsinin sonuna bir imza qoyula bilər - İlham Əliyev imzası.

Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuzu, əsgərlərimizi qorusun. Onların qəhrəmanlığını və fədakarlığını unutmayacağıq. Amma “Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara”.........

© axar