menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“İdrak”da açılan atəşin səbəbi...

9 0
10.02.2026

İdrak Liseyində 15 yaşında, 10-cu sinif şagirdi 29 yaşlı qadın müəllimini güllələyib.

Ciddi, narahatlıq doğuran hadisədir:

1. Hər bir halda günah bu qəsdi planlaşdıran yeniyetmədədir. Bir şəxsin digər şəxsə atəş açmasının alibisi yoxdur – onda qala, 15 yaşlı şagirdin müəlliminə qəsdi ola;

2. Məktəblərdə təhlükəsizlik bərbaddırmı? Özəl və yaxud dövlət qurumları (eyni hadisə dövlət məktəbində də ola bilərdi) təhlükəsizliyi təmin edə bilmirmi?

Bir məktəbə səhər 8:00 radələrində arxasında çantası, çantanın içində qələmdən tutmuş karandaşyonana qədər, müxtəlif “dəmir elementləri” olan əşyalarla 1000-2000 şagird daxil olur. Cəmi 10-15 dəqiqə ərzində bu qədər şagirdin çantasını və üst-başını necə yoxlamaq mümkündür ki!?

Şagirdin “yoxlanılması” onun məktəbli formasıdır, sinif yoldaşlarıdır, sıraya düzülərkən önündə dayanan sinif rəhbəridir. Təhlükəsizlik - yad şəxslərin məktəb binasına daxil olmasının qarşısının alınmasıdır; məsələn, ADNA hadisəsi kimi. O qətliam üçün təhlükəsizliyin təmin olunmamasından danışmaq yerindədir, bu insident üçün yox.

Məktəbin təhlükəsizliyi həm də hər bir valideyndən asılıdır: valideyn uşağın psixoloji durumuna, çantasına nələr yığmasına nəzarət edə bilmirsə, onda bu hadisəni törədənin ilk olaraq valideyni məsuliyyətə cəlb edilməlidir:

a) Ov tüfənginə şagirdin əli necə çatıb?

b) Ov tüfəngi sökülüb, şagirdin çantasına qoyulub və valideynin heç nədən xəbəri olmayıb? Niyə?

c) Övladında psixoloji problemlərin başladığını valideyn niyə görmür?

3. İdrak Liseyi kifayət qədər yüksək təhsil haqqı ilə seçilir. Burada illik təhsil haqqı 16 min manatı keçir. Azərbaycanda 2025-ci il üçün minimum maaş 400, orta aylıq əmək haqqı 1087 manatdır. Yəni orta aylıq maaş alan........

© axar