We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

GUM GUAM-ı əvəz edəcək? - Xaqani Cəfərlinin yazısı

3 0 0
03.03.2021

Ötən əsrin sonlarında postsovet məkanında perspektivinə böyük ümidlər bəslənən regional əməkdaşlıq formatlarının önündə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM Demokratiya və iqtisadi inkişaf naminə təşkilatı dayanırdı.

1999-cu ildə Özbəkistanın tamhüquqlu, Türkiyə və Latviyanın müşahidəçi statusu ilə GUAM-a qoşulması təşkilatın gələcəyi ilə bağlı nikbinlik yaratsa da, zamanla bu ehtimal özünü doğrultmadı. Ötən illər ərzində çoxsaylı sənədlər qəbul olunsa da, hətta 2017-ci ildə GUAM-a üzv ölkələr arasında tamhüquqlu azad ticarət zonası ilə bağlı qərar verilsə də, yenə də tam əsaslı birlik yaranmadı.

Son aylar isə Gürcüstan, Moldova və Ukraynanı birləşdirən yeni əməkdaşlıq formatının yaradılması ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır. Bu proses Moldovada Qərbyönümlü lider Mayya Sandunun prezident seçilməsi ilə start götürüb. Mayya Sandu prezident seçildikdən sonra ilk rəsmi səfərini Ukraynaya gerçəkləşdirərək, bir sıra məsələlərdə birgə hərəkət etməklə bağlı ukraynalı həmkarı Vladimir Zelenski ilə razılığa gəlib. Məhz bu səfərdən sonra Gürcüstanın da iştirakı ilə Avroatlantik məkana inteqrasiya tərəfdarı olan üç ölkədən ibarət postsovet məkanında yeni əməkdaşlıq formatının yaradılması haqqında ciddi müzakirələr başlayıb.

Avropa İttifaqının prezidenti Şarl........

© 525-ci Qəzet


Get it on Google Play