We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Cənubi Qafqazda sabitliyin pozulmasında kimlər maraqlıdır? - Şərh

3 0 0
01.03.2021

Cənubi Qafqazın üç respublikasından ikisində - Ermənistan və Gürcüstanda sabitliyin tamamilə pozulması ehtimalı artıb. Ermənistanla müqayisdə Gürcüstanda vəziyyət nisbətən stabil görünsə də, ümumilikdə bu iki respublikada baş verənlər bölgədə hansısa siyasi oyunların getdiyini göstərir. Bu prosesin ən çox diqqət çəkən tərəfi baş verən hadisələrdə xarici dövlətlərin maraqlarının açıq görünməsidir.

Ermənistanda ötən ilin noyabrından başlayan etiraz aksiyalarının hakimiyyət dəyişikliyi ilə nəticələnməməsinin bu respublikanı özünün forpostu hesab edən Rusiyada əsəbilik doğurduğu ötən ilin sonlarından aydın müşahidə olunurdu. Baş nazir Nikol Paşinyanın əleyhdarlarına Rusiyanın siyasi və informasiya dəstəyi verdiyi çox açıq görünürdü. Baş nazirin əleyhdarları Rusiyanın Ermənistandakı səfirliyində tez-tez müzakirələr aparır, bu görüşlər haqqında yayılan məlumatlarda Moskvanın Nikol Paşinyan əleyhidarlarına hüsn-rəğıbəti qabardılmağa çalışılırdı. Bir çox politoloqlar prosesin başlanğıcında Rusiyanın mövqeyinin həlledici olacağını proqnozlaşdırırdı. Lakin Rusiyanın açıq siyasi və informasiya dəstəyinə baxmayaraq, müxalifət erməni xalqını hökumətə qarşı mübarizəyə səfərbər edə bilmirdi. Son bir ayda isə Ermənistanda iqtidar-müxalifət münasibətlərində pat vəziyyətinin yarandığı müşahidə edilirdi. Müxalifətin əlavə qüvvə olmadan hökuməti istefaya məcbur edə bilməyəcəyi aydın görünürdü. Belə bir vəziyyətdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefası........

© 525-ci Qəzet


Get it on Google Play