We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qədim məsləhət unudulmur - Telman Orucov yazır

3 0 0
19.05.2020

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


(Əvvəli ötən şənbə sayımızda)


Arıların və qarışqaların davranışlarının dəqiqliyi, əmək bölgüsü, intizamı, zəhmətsevərliyi heç bir müqayisəyə sığmır və bunun bəzi cəhətlərini yalnız nadir adamlarda tapmaq olar. İnsanın istəkləri, marağı, ehtirası, qərar qəbul etmək qabiliyyəti vardır. Onlar bəzən irrasional hərəkətlər üçün də istifadə olunur. Axı mühit də insan davranışına güclü təsir göstərir və onu arzuolunmaz hərəkətlərə sövq edir. Sirklərdə tamaşa üçün vəhşi heyvanlar, həmçinin, pişiklər, itlər təlimçi tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalmaqla məşq etdirilir, məhz bu yolla gələcək səhnə modeli hazırlanır. Bəzi ölkələrin sirklərində bunu nəzərə alaraq, məsələn, sirkin çox populyar olduğu Çində heyvanlarla tamaşa göstərilməsinə icazə verilmir, nömrələr yalnız artistlərin qabiliyyətinə və texniki vasitələrə əsaslanır. Zaman və mühit adlanan təlimçi isə daha amansız olur, insanları mənəvi və fiziki işgəncələrə, ağır sınaqlara, digər növ cəzalandırmalara məruz qoymaqla, onların xarakterini dəyişdirməyə müvəffəq olur, cəmiyyəti bütünlüklə poza bilir.

Cəmiyyətdə prioritetlər ierarxiyasına həsr olunmuş Maslou nəzəriyyəsi başqa cəhətləri, insanların ən aşağı, fizioloji tələbatlarından tutmuş mənəvi tələbatlarına qədər olanları, onların cəlb olunma xüsusiyyətlərini əhatə etməklə öyrənir. Onun köməyi ilə tələbatın, insan maraqlarının nə olduğunu anlamaq mümkündür. Aşağı silkə mənsub olanlar Maslou piramidasının ilk pilləsində dayanırlar. Lakin cəlb olunma problemini və insanın tanınması yolunu bu nəzəriyyə həll etmir. Həmin nəzəriyyədən göründüyü kimi, insanların ən aşağı və ən yuxarı tələbatlarında da mühüm fərqlər vardır və onlar cəmiyyətin mənəvi səviyyəsinə təsir etməmiş qalmır. İnsan bütövlükdə sirli aləmə malikdir, onun ləyaqətləri ilə yanaşı, ziddiyyətləri və qüsurları da az deyildir. Bunlar isə həm də cəmiyyətin təbiətində özünü büruzə verir.

Qədim məsləhət unudulmur


İlk dəfə Qay Yuli Sezar tərəfindən dilə gətirilən və Qədim Romada dövlət prinsipi səviyyəsinə qalxan "divide et empera" - "parçala və hökm sür" şüar rolunu oynayırdı. Bu siyasət Roma ekspansiyası üçün münbit şərait yaradırdı. Müasir dünyada qüdrətli dövlətlər öz rəqiblərinin gücünü parçalamağa səy göstərir və buna nail olduqda, sonrakı qələbəyə də əminlik yaranır.


Birinci Dünya müharibəsi ərzində Britaniya Almaniyanın müttəfiqi olan Osmanlı imperiyasını məğlub etmək üçün ərəb qiyamını meydana gətirdi. Bu, müharibədəki tarazlığı Müttəfiqlərin xeyrinə dəyişdirdi. Hindistanda isə Britaniya imperiyası müxtəlif etnik qruplar arasında regional sərhədləri dəstəkləyirdi. Ərəblər Britaniyanın oyununda alət rolunu oynadilar.


Ərəblərin Osmanlı imperiyası idarəçiliyindən olan narazılığından fayda götürmək üçün britaniyalılar 1915-ci ildə Məkkə və Mədinə əmiri Şərif Hüseyn ben Əli əl-Haşimi ilə gizli razılaşma imzaladılar.........

© 525-ci Qəzet


Get it on Google Play