We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Hiyləgərlik və həqiqəti gizlətmək ustalığı - Telman Orucov yazır

4 0 0
03.05.2020

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


(Əvvəli ötən şənbə sayımızda)

Mühafizəkarların belə qəti qələbəsi yalnız 1980-ci illərdə, Marqaret Tetçer baş nazir olanda mümkün olmuşdu. Bunu hər şeydən əvvəl Boris Consonun şəxsi qələbəsi hesab etmək olar, son seçki əhalinin iradəsini onun düzgün anladığını sübut etdi və mövqeyinin xalqın əksəriyyəti tərəfindən qızğın müdafiə edildiyini göstərdi. Bu seçki həm də hökumətə breksit mandatını verdi, müxalifətin tələb etdiyi ikinci referenduma artıq ehtiyac qalmadı. Lakin Consonun qələbəsi Avropa üçün heç də yaxşı xəbər olmadı, çünki İttifaqdan ayrıldıqdan sonra İngiltərə artıq onun partnyoru deyil, rəqibi olacaqdır.


İngilərə də ilk illərdə müəyyən iqtisadi və daxili problemlərlə üzləşəcəkdir. Seçkilərdə həmçinin, uğurla çıxış etmiş Şotland Xalq partiyasının lideri, Şotlandiyanın baş naziri Nikola Stöcen baş nazir Consona müstəqillik əldə etmək üçün yeni referendum keçirmək niyyətləri barədə xəbədarlıq etmişdir. Əvvəlki referendum isə Böyük Britaniyadan ayrılmağın əleyhinə səs vermişdir. Lakin dərin pessimizmə qapılmaq da düzgün deyildir, çünki İngiltərə belə sınaqlardan çıxmağı bacarmışdır. XX əsrdə, II Dünya müharibəsindən bir qədər sonra Böyük Britaniya nəhəng imperiyasını itirməli oldu, lakin mənəvi gücünü və siyasi nüfuzunu qoruyub saxlaya bildi. Ölkə xalqın iradəsi əsasında Avropa İttifaqından ayrılmışdır, yəqin ki, qarşıdakı çətinlikləri də əvvəlkilər kimi dəf edə biləcəkdir.

Qonşuluğun problemləri


Çox sayda qonşusu olan dövlətlər o qədər də çox deyildir. Birləşmiş Ştatların quruda iki qonşusu vardır: şimalda Kanada, cənubda isə Meksika. Çinin isə 14 müxtəlif millətlərdən ibarət olan ölkələrlə quru sərhədləri vardır. Dəniz sərhədlərində isə Yaponiya, Cənubi Koreya, Filippin və Vyetnamla qonşudur. Amerika Çinin qlobal dövlətə çevrilməsinin qarşısını almağa çalışır.


Cənubi Çin dənizindəki insan yaşamayan adalar üstündə Çin, Vyetnam, Malayziya, İndoneziya, Filippin, Bruney və Tayvan arasında mübahisə gedir. Çinin sürətli inkişafından sonra hər şey dəyişilmişdir. Cənubi Çin dənizindəki geosiyasi münaqişə qızğın şəkildə qalmaqda davam edir.


Bir sıra dövlətlər öz qonşularına qarşı antoqonist münasibət həyata keçirirlər. Fövqəldövlətlərin bu məsələdəki mövqeyi aydındır. Regional sahədə isə bir sıra münaqişələr gedir. Onlar Səudiyyə Ərəbistanı ilə İran, Hindistan və Çin, Pakistan və Hindistan, Venesuela və Kolumbiya, Cənubi və Şimali Koreya arasında mövcuddur. ABŞ-ın Kubanı iqtisadi blokadaya alması altı onillikdir ki, davam edir. Gürcüstan və Ukrayna ilə Rusiya bir-birlərinə qarşılıqlı blokada tətbiq edir.


Güclü dövlətlər özlərinin zəif həmkarlarına qarşı Prokrust çarpayısı siyasətini aparırlar. Bu çarpayı istirahət üçün deyil, sahibinin səyi ilə adamları çolaq etməyə yönəlmişdir. Zəif dövlətləri də çolaq vəziyyətinə salmaq o qədər də çətin deyildir.........

© 525-ci Qəzet


Get it on Google Play