We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dominant və zəif ölkələr - Telman Orucov yazır

6 0 0
27.04.2020

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Erkən XX əsrdə isə Birləşmiş Ştatların köməyi ilə Panama kanalı tikildi. Kanal Panama dövlətinin mülkiyyəti olsa da, işləməsi ABŞ-ın böyük təsiri altında idi və o, rəqib dövlətlərə kanaldan istifadə imkanını bağlaya bilər.

Malakka və Hörmüzd boğazları dəniz ticarətində əsas təbii keçid olaraq qalırlar. Hörmüzd boğazına, əsasən, İran nəzarət edir, Omanın və Birləşmiş Ərəb Əmirliklərinin boğaza şərik olmasına da məhəl qoymur. Son illərdə Səudiyyə Ərəbistanı ilə münasibətlər kəskinləşdikdə, İran boğazı blokadaya alacağı ilə hədələmişdi.

Malakka boğazı Hind okeanı ilə Sakit okeanı birləşdirir, əgər Hörmüzd boğazı əsasən dünya neft ticarəti üçün böyük əhəmiyyət kəsb edirsə, dünya ümumi dəniz yolunun 50 faizi Malakkada cəmlənmişdir.

Son vaxtlar Arktika "qısa yolu" uğrunda mübarizə start götürmüşdür. Bu yol çox iri məbləğə başa gələcəkdir. Lakin Süveyş və Panama kanallarından istifadə xərci daha bahadır. Təkcə onu göstərmək kifayətdir ki, Panama kanalına girmək üçün hər gəminin lövbər salıb gözləməsi orta hesabla 150 min dollara başa gəlir.

Arktika yolu ilə Avropadan Asiyaya keçmək üçün səfər vaxtı indiki 31 gündən 21 günə qısaldılacaqdır. Panama və Süveyş kanalların bir mənfi cəhəti, onlardan çox iri tonnaja malik olan gəmilərin keçə bilməməsidir. Arktika yolunda isə bu məhdudiyyət olmayacaqdır. Həmin kanallardan keçə bilməyən gəmilər indiyədək Vasko da Qamanın açdığı yolla, Xoş Ümid burnunu dolanıb keçməklə Avropadan Çin, Yaponiya və Cənubi Koreya kimi Asiya ölkələrinə üzür, çünki onlar qabaritinə görə əllə yaradılan kanallara sığmırlar.

Rusiyanın fövqəldövlətə çevrilmək ambisiyalarını görən ABŞ güman edir ki, Arktika yolunun böyük hissəsinin onun ərazisinin yaxınlığından keçdiyinə görə Rusiya bu amildən də istifadə etməyə çalışacaqdır. Rusiya ilə müqayisədə ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq, SSRİ-nin varisi olan bu ölkə ən yeni silahlar vasitəsilə öz hərbi qüdrətini möhkəmləndirməklə, öz siyasi və hərbi mövqelərini saxlamaqda davam edir. ABŞ-ın illik hərbi büdcəsi Rusiyanınkından on dəfə çoxdur. Amerika okeanın o tayındakı ölkələrdə 766 bazaya malikdir, 200 min amerikan əsgəri həmin ölkələrdə yaşayır. Bəzi Avropa şəhərlərinin küçələrində amerikan hərbçiləri yerli sakinlərə nisbətən daha çox gözə dəyir.

Dominant və zəif ölkələr

Qüdrətli dövlətin ilk əlaməti iqtisadiyyatdan başlayır. Çünki möhkəm iqtisadi baza qısa müddətdə onu hərbi relslərə keçirməyə şərait yaradır. İkinci Dünya müharibəsində Amerika iqtisadiyyatında gedən səmərəli transformasiya Müttəfiqlərə hərbi texnika, sursat və materiallarla nəhəng yardım göstərilməsində mühüm rol oynadı, almanlar və yaponlar üzərində qələbənin yaxınlaşmasına şərait yaratdı. Hansısa bir dövlət böyük........

© 525-ci Qəzet


Get it on Google Play