We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Daxili siyasət. İdarəetmənin virtual vasitələri - Telman Orucov yazır

6 0 0
26.06.2020

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti də maneələrlə üzləşirdi, onun hökmləri bəzi dövlət başçılarının azğınlığına, qırğın hərəkətlərinə toxunduqda, üç Afrika dövləti onun tərkibindən çıxmışdı. Sudan prezidenti Ömər əl-Bəşirin Cənubi Sudanda qırğın törətdiyinə görə həbs edilməsi göstərişi verildi. Sonra isə Liviya prezidenti Müəmmər Qəddafinin həbsi barədə BCM hökm qəbul etdi, lakin onun baş verən ölümü həbsinin üstündən xətt çəkdi. Lakin əl-Bəşirin də həbs edilməsi baş tutmadı.

Bəla burasındadır ki, nüfuzlu dövlətlər olan ABŞ, Çin, Rusiya və İsrail BCM-in yaradılması barədə sənədi imzalamamış və ratifikasiya etməmişdilər. Onlar özlərinin də həmin beynəlxalq məhkəmənin obyekti olacaqları perspektivini nəzərə alaraq, bu instituta belə neqativ münasibət bəsləmişdilər. Axı kamil sosial qayda axtarılması çox hallarda daha pis sui-istifadələrə bəraət qazandırır.

İsrail 1967-ci ildə ərəb ölkələrinə qarşı Altı günlük müharibədə digər işğal etdiyi ərazilərlə yanaşı, Suriyanın Qolan Yüksəkliklərini də tutmuşdu. BMT heç vaxt bu əraziyə İsrailin sahiblik hüququnu təsdiq etməmişdi. Lakin Tel-Əviv nə BMT-yə, nə də beynəlxalq hüquqa məhəl qoymur və öz işğalını düzgün hesab edir. Qolan Yüksəklikləri çox böyük strateji əhəmiyyətə malikdir, bura ölkənin başlıca su mənbəyidir. Bunlar azmış kimi, 2019-cu ildə ABŞ prezidenti Tramp Qolan Yüksəkliklərinin İsrailə məxsus olması barədə sənəd imzaladı, bu yolla suveren Suriya dövlətinin ərazisi qanunsuz yolla hərraca qoyuldu. Qoy heç kəs siyasətdə də baron Münhauzenlərin mövcudluğuna təəccüblənməsin.

İsrailin öz aqressivliyi ilə seçilən baş naziri Benyamin Natanyahu ABŞ-ın bu qanunsuz hərəkətini cavabsız qoymayıb, Yüksəkliklərdəki malikanəyə Donald Trampın adını verdi. İsrail yarım əsrdən çox olan bir müddətdə həyasızcasına Suriya ərazisinin işğalını davam etdirir. Bu məsələdə arxalandığı ABŞ isə ona biabırçı əməllərdə dəstək verir və beləliklə, beynəlxalq hüquq da ayaqlar altına atılır.

Daxili siyasət. İdarəetmənin virtual vasitələri

Hakimiyyət ölkəni, öz xalqını idarə etmək üçün daxili siyasəti həyata keçirir, çox hallarda digər amillərin təsiri istisna edildikdə, əldə edilən inkişaf, bəzən hətta gözlənilməyən nailiyyət onun köməyi ilə əldə edilir. Dövlət yarandığı andan başlayaraq böyük təkamül yolu ilə addımlayır, monarxiya, avtoritarizm, demokratiya fazalarından keçir. Monarxiya tək hakimiyyətlilik idi, monarx allahın yerdəki nümayəndəsi hesab olunurdu, onun allah tərəfindən seçildiyi və səlahiyyətləndirildiyi güman edilirdi. Ona görə də ona olan itaətin pozulması allaha qarşı olan hərəkət kimi qiymətləndirilirdi, buna yol verənlər isə dövlətə xəyanət ittihamı ilə edam edilirdi. Mesopotamiyada, Misirdə və Hindistanda meydana gələn ilk........

© 525-ci Qəzet


Get it on Google Play