We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Çörək və tamaşa - Telman Orucov yazır

5 0 0
10.08.2020

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli 31 iyul sayımızda)

Bizim dövrümüzdə də belə dəhşətli epizodlar kimi olmasa da, özünümüdafiə naminə dövlətlər mövcud geosiyasi kontekstdə hər cür əzablara dözərək, müqavimət göstərmələrini kəsmirlər. Sanksiyalardan və bütün formalardakı təzyiqlərdən cana doyan Şimali Koreya sifətini qoruyub saxlamaq üçün hansısa oxşar hərəkətə əl atmaq məcburiyyətində qalır.

Hakimiyyətin tiraniya forması həmin dövlətə imkan verir ki, etiraza və gərginliyə yol vermədən total nəzarəti həyata keçirsin. Bu strategiya dəhşətli effekt verir, partnyorları və opponentləri bənzər qaydada tərksilah edir. Lakin bu strategiya həyasızlığı ilə seçilir və onu icra edənin hiyləgərlik qaydasında maraqlarına xidmət edir. Bu strategiya buqələmun xarakterinə uyğun olaraq həyata keçirilir, buqələmun öz görünüşünü dəyişdirməklə elə şəklə salır ki, tanınmasın. Məğlub olmağa hazırlaşanlar qaliblərə sevinc bəxş etməmək yolunu seçirlər.

Bu taktika ilə çinlilərin min dəfə bədəni kəsməklə ölüm metodunun icra edilməsi arasında bir paralel mövcuddur. Əsrlər ərzində Çində istifadə edilən bu cəza növü yalnız 1905-ci ildə qadağan edilmişdi. Qurban bu cəzanın dəhşətini dərk etmir, ona sadəcə qıcıqlandırıcı kiçik yaralar vurulur, lakin az sonra bütünlüklə qan gölü əmələ gəlir və cəza verilən qan itirmədən də ölür. Məğlub olan da belə sonluğa çatır, lakin qalibdən mərhəmət diləmir.

Ehtiyacın yaranması çox vaxt düşmənin yaranması ilə birgə gedir, bu, "sənin qonşun dilənçidir" strategiyasına uyğun gəlir. Ehtiyac amili ön plana keçir. Silah satan ölkələr qorxutma yolu ilə baş qaldıranı düşmənçiliyə təhrik edirlər, onlar ticarəti qorxu üstündə qururlar. Cənubi Koreya Şimali Koreyadan, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri İrandan, Kolumbiya Venesuelladan, Hindistan isə Çindən qorxur. ABŞ 2017-ci ildə Səudiyyə Ərəbistanına gələcək illərdə 110 milyard dollar məbləğində silah satmaq barədə sövdələşmə bağladı. Bir ay sonra Körfəz regionunu böhran bürüdü. Tramp həm də Qətərə 36 ədəd F-15 təyyarəsi satdı, onların da dəyəri 12 milyard dollar idi. Bəzi qüvvətli dövlətlər müharibəyə başlamaq vaxtı heç tərəddüd də etmirlər. Axı onlar bilir ki, müharibə daim faydalı biznes olmuşdur və bu təbiətini indi də itirməmişdir.

Hətta bəzi böyük şəxsiyyətlər də çətinlikdən qaçmaq və ya müəyyən məqsədə nail olmaq üçün özlərini dəli kimi göstərmək texnikasından istifadə edirlər. Onların klassik siyahısına Bibliya qəhrəmanı çar David və Homerin qəhrəmanı Odissey də daxildir.

ABŞ prezidenti Riçard Nikson və Dövlət katibi Henri Kissincer bunu "Dəli adam nəzəriyyəsi" adlandırmışdılar və onların xarici siyasətlərini də bu prinsip müəyyən edirdi. 1968-ci il prezident seçkisi kampaniyası ərzində Nikson vəd etmişdi ki, Vyetnam müharibəsinə son qoyacaqdır. Lakin onun prezidentliyi illərində müharibə hələ də gedirdi. Sovet İttifaqının dəstəklədiyi Şimali Vyetnamla ABŞ-a arxalanan Cənub arasında sülh razılaşmasının heç bir əlaməti görünmürdü. Nikson qərara gəldi ki, dəli adam strategiyası ilə hərəkət etsin. O, şayiə yaydı ki, onun özü radikal və güclü antikommunistdir və nüvə bombası düyməsini basmaqdan da qorxmur. SSRİ rəhbərliyi bunu eşitsin deyə, Kissincer və Nikson telefon danışığı səhnəsi yaratdılar ki, bu danışıqda Birləşmiş Ştatların prezidenti lazım........

© 525-ci Qəzet


Get it on Google Play