We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

6 0 0
15.06.2020

(Əvvəli ötən şənbə sayımızda)

Romalılar Afinadakı Akropolun arxitektura abidələrini, şəhərsalma qaydalarının səmərəliliyini gördülər. Yunan elmi, fəlsəfəsi romalılar üçün məktəb, universitet hesab oluna bilərdi. Yunan qullar Romada müəllim, həkim işləyirdilər. Roma şairləri Homerdən, Hesioddan, Sapfodan öyrənirdilər. Teatr, musiqi də Yunanıstanda çox inkişaf etmişdi, Romada yunan dramaturqları Esxil, Sofokl və Aristofanla bu sahədə müqayisə oluna bilən heç bir istedad yox idi. Qədim yunanlar həm də natiqlikdə yüksək zirvələrə çatmışdılar. Perikl, Demosfen, İsokrat bu sahədə zirvə sayıla biləcək nümunələr qoyub getmişdilər. Təsadüfi deyildir ki, böyük Roma natiqi və filosofu Siseron nitq mədəniyyətinə sahib olmaq üçün Yunanıstandakı müəllimlərdən dərs almışdı. Romalılar daha uzağa gedərək yunan mifologiyasını bütünlüklə qəbul edərək, onu özününküləşdirmək üçün mifik qəhrəmanların yalnız adını dəyişmiş, latın dilinə uyğunlaşdırmışdılar. Adlar dəyişsə də, mifologiyadakı heç bir hadisə, element dəyişikliyə məruz qalmamışdı.

Yaxud Osmanlı imperiyası Sultan Səlimin dövründə Şərqdəki istilalara böyük maraq göstərdiyindən iri ərazilər işğal etdi. Osmanlıların hərbi qüdrəti o vaxtlar özünə rəqib tanımırdı və sultan Süleymanın idarəçiliyi illərində isə Avropa bütünlüklə türk işğalına məruz qalacağından qorxurdu. Çünki Mehmet Fateh hələ bir əsr əvvəl, 1453-cü ildə Konstantinopolu işğal etməklə, Bizans dövlətini tarixdən silmişdi.

Sultan Səlim ərəblər yaşayan əraziləri işğal etsə də, orada türk mədəniyyətini tətbiq edə, yaya bilmədi, çünki ərəb mədəniyyəti tüklərinkinə görə daha qədim və zəngin idi. Ərəblər (mavrlar) VIII əsrin əvvəllərində İspaniyanı işğal etdikdən sonra bu ərazidə əsl mədəni inqilab törətmişdilər, şəhərləri möhtəşəm məscid və saray binaları ilə abadlaşdırmış, çoxlu məktəblər və kitabxanalar açmış, qədim yunan fəlsəfəsi tərcümə edildikdən sonra İspaniyadan bütün Avropaya yaymışdı. Vaxtilə işğalçı olan və nəhəng ərazilərdə islam xilafəti yaradan ərəblər XVI əsrdə artıq osmanlıların əsarəti altına düşmüşdü, türk sultanı İslamın dini mərkəzlərini də ələ keçirdiyindən, Xəlifə titulunu da qəbul etmişdi.

Lakin ərəb mədəniyyəti təslim ola bilməzdi və ona görə də türklər düzgün qərar verib, ondan çox şeyi götürməyi məqbul saydılar. Türk musiqisində ərəb motivlərinin təsiri güclü idi. Şərqlilərin dəbdəbəli həyat tərzi türk sultanlarının saraylarına da ayaq açdı. Hələ Səlcuqların dövründə isə burada fars dili ədəbi dil rolunu oynayırdı və Cəlaləddin Rumi kimi dahi şairlər fars dilində yazıb-yaradırdılar. Dini poeziyada isə ərəb dili üstünlük təşkil edirdi.

Mərkəzi Asiyada ilk dəfə tarix səhnəsinə çıxan türklər 552-ci ildə ilk türk imperiyasinı yaratmışdılar. XIV əsrdən XX əsrin ilk onilliklərinə qədər altı əsr davam edən Osmanlı imperiyası nəinki bu ənənəni davam etdirmiş, hətta ən uzun ömürlü imperiyalardan birinə çevrilmişdi.

Ərəblər isə........

© 525-ci Qəzet


Get it on Google Play