We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Hər şey Vətən üçün, hər şey cəbhə üçün! - Təranə Paşayevanın yazısı

5 0 0
07.11.2020

Bu kəlmələr qəhrəman babalarımızdan miras qalan müqəddəs çağırış, səfərbərlik şüarı olmaqla bərabər, hər bir fərdin qəlbində vətəndaşlıq ruhunu coşduran, milyonların qollarına qüvvət, ürəklərə təpər verən Vətən əmridir! Elə bir əmr ki, şanlı tariximiz boyu dönə-dönə səslənsə də bu gün, bu an onun müəllifi Vətənimizin özüdür, Ali Baş Komandanımızdır!

Hər şey Vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün! İndi hər kəs dərk edir ki, bu yalnız çağırış deyil, Azərbaycan xalqının öhdəliyidir, tariximizin diktə etdiyi şərəfli bir proqramdır və bu proqramın zəfərlə sonuclanması ordumuzun qüdrətindən, eyni zamanda, uşaqdan-böyüyə hər bir vətən övladının inamından, sarsılmaz mövqeyindən asılıdır.

Biz azərbaycanlılar dünyanın ən sülhsevər xalqlarından olsaq da xain, məkrli düşmənlərin təhriki nəticəsində tarixi torpaqlarımızı, xalqımızın əmin-amanlığını, bütün Qafqazda sülhü hərb yolu ilə qorumağa məcburuq! Belə məsuliyyətli, taleyüklü bir mərhələdə özümüzə “necə etməliyik ki, bir an yubanmadan müzəffər ordumuza dayaq duraq, Ali Baş Komandan demişkən, onlara nəfəsləri qədər yaxın olaq?” sualını verək. Düşünmək üçün zamanlarca baş sındırmağın yeri yoxdur, hər an məhz bu düşüncə - ruhən, mənən, mümkün maddiyyatımızla yurdumuzun şərəfi uğrunda, bizim hər birimiz üçün döyüşən əsgərimizə dayaq olmaq düşüncəsi vicdan məsələsi, qeyrət işi, vətəndaş borcudur!

Xarakterindən asılı olmayaraq tarixi hadisələr reallığı dəyişdirmir. Həqiqət budur ki, xalqımız iki yüz illik tarixi ərzində ilk dəfə olaraq ən çətin, eyni zamanda tamamilə fərqli üfüqləri nişan verən sınaq savaşına atılmışdır. Və bu da mütləq qeyd olunmalıdır ki, əslində biz dünyanın əksər xalqlarından fərqli olaraq iki qanlı cəbhədə döyüşürük – ön və arxa cəbhədə. Ön cəbhədə müzəffər Azərbaycan ordusu Ali baş komandan İlham Əliyevin sərkərdəliyi ilə 30 ilə yaxın müddətdə xain qonşunun, erməni vandallarının işğalı altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsi uğrunda sücaət göstərir, qəhrəman əsgərlərimiz bizi istəyənləri və istəməyənləri mat qoyur, arxa cəbhədə isə planetimizi ölümlə hədələyən gizli düşmən – COVİD-19 adlı virusla gərgin mübarizə gedir.

Bəllidir ki, təhlükə anında nəinki insanlar, çevrənin bütün şüurlu-şüursuz canlıları doğal bir instinktlə birləşməyə, bir-birindən möhkəm tutmağa, çiyin-çiyinə olmağa can atırlar. İndiki məqamda bir daha təsdiqlənir ki, bizim bu günümüz və sabahımız sarsılmaz birliyimizdədir. Birlik bir millətin, bir xalqın milli varlığını yaşatmağın ən sınanmış və mübarək yoludur.

Vətənimiz bütün tarixi boyunca bərəkətli torpağı, yeraltı, yerüstü sərvətləri, coğrafi məkanı ilə yadellilərin diqqətini çəkib. Zaman-zaman müharibələrin, əsarətin acısını çəkib yurdumuz. 30 illik işğal tarixinin ağırlıqlarını çiynində daşıyan, kədərini qəlbində yaşayan nəslin nümayəndəsi kimi mən də zəfər, qələbə yolumuzun birlikdən keçdiyi həqiqətinə Vətən müharibəsinin davam etdiyi günlərdə bir daha əmin oldum.

Bu gün biz milli oyanış, milli birlik mərhələsindəyik, xalq dövlətinin ətrafında, müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Bu birliyi daha kimsə sarsıda bilməz. Çünki artıq Azərbaycan xalqının güvəni, inamı, gələcəyə olan ümidi canlıdır, yenilməzdir. Xalq öz sərkərdəsinə, Ordusuna inanır. İnam güc deməkdir, inam........

© 525-ci Qəzet


Get it on Google Play