We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Seyran Səxavət mənim 75 yaşlı balamdı... - Gündəlik qeydləri

3 0 1
03.03.2021

Seyran Səxavət -75

Gündəliyimdən səhifələr:

25 noyabr 2016-cı il, cümə

... İllərdir, bu gündəliyi yazıram. Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə çevirib izah eləmək olmur. Bilmirəm, bu göz yaşlarım niyə dinmək bilmir... Əlbət ki, sevincdəndi. O "Qazanılmış manat"dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım "manat"ı əlim yana-yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Bu gün Universitetin Elmi Şurası - böyük ziyalılar qarşısında müdafiə etdim...

Axır ki, "Dar köynək"dən azad oldum... Möhtəşəm duyğudu... Adamın ruhu rahatlıq tapır. Uzun zamandır, üzərində çalışdığım elmi tədqiqatımı müvəffəqiyyətlə yekunlaşdırıb ictimaiyyətə təqdim etdim. Adətən, dünyaya övlad gətirən insana "dar köynəkdən azad oldu" deyirlər... Əslində, bu da bir növ valideyn olmaqdı... Sənin ruhundan, canından, düşüncəndən mayalanan elmi, ya bədii əsər də sənin balandı, gözünün nuru kimi bəslədiyin, zəhmətlə böyütdüyün övladındı... Bax, mən yazdığımı o cür sevirəm - balam kimi... Ruhumun, mənəviyyatımın, düşüncəmin önəmli bir parçası kimi...

Bu yazdığım isə mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentimin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki mənə elə gəlir ki, sadəcə kitabxanalarda kar-kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. Bəli, Seyran Səxavət mənim ilk övladımdı... Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı - halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət...

Və bir ana üçün valideyn iclasında övladının ünvanına deyilən sözlər necə qürurverici, xoş bir duyğudursa, bu axşam yəqin ki, müdafiədən sonra o duyğuları yaşamaqdayam...

7 may 2017-ci il

Yenicə doğulmuş körpələrin otağındayam... Ömrümdə ilk dəfədir, belə bir yerə qədəm qoyuram. Dünyanın cənnət guşəsi yəqin elə buradı. Necə məsumdurlar, ilahi... Hamısı da bir-birinə bənzəyir... Elə bil, bir almanı neçə yerə dilimləmisən... Hamısını da ağ geyindiriblər... Balaca mələklərdir... Sən balaların hamısını bu dünyanın qara adamlarının qara düşüncələrindən hifz elə, ya Rəbbim... Elə gəldikləri bu mələk paklığında qoru onları...

Bu oxşarlığı sözlə ifadə eləmək olmur. Heç rəssam çəksə, bu qədər bənzərlik alınmazdı bəlkə də. Sən İlahinin qələminin qüdrətinə bax... Bir günün içində bir doğum evində yüzdən çox körpə dünyaya gələ, hamısı da bir-birinə bənzəyə... Qələminə qurban olum...

Bəlkə soruşum uşaqlara baxan dayələrdən? Soruşum ki, mənim... mənim yavrum hansıdı? Yox, o sözü necə deyərəm. Ən yaxşısı yavaş-yavaş baxım hamısının biləyinə. Mənim........

© 525-ci Qəzet


Get it on Google Play