We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Səndən bir məktub qaldımı, şəhid Cuvarov? - Şəfa Vəlinin essesi

3 0 3
07.01.2021

1930-cu illərin bozumtul rənglərinə hopmuş bir uşaqlıqda, Heydərpaşa səmtinin daşlı səkilərində kim olduğunun axtarışındaydı Əthəm Ruhi Üngör...

Belə bir axtarışın sonunda nə tapacağından əmin də deyildi. Bəlkə buna görəydi atası Ahmet Halit bəydən israrla pul istəyib küçədən keçən nimdaşçının üstünə yüyürməyi... Bəlkə buna görəydi Yaradanın "ol" deyişiylə həmin nimdaşçının köhnə "Məktəbli" dərgiləri satmağı... Bəlkə buna görəydi o dərgilərdən birində "Müəllim Əthəm necə öldü?" yazısını oxumağı... Və kim bilə bilərdi ki, balaca bir uşağın bütün həyatı məhz o yazıdan sonra dəyişəcək; nənəsi Zeynəbin üstünə qaçıb adını daşıdığı əmisinin məktubunu sinəsindən çıxarıb ona verməyini tələb edəcək, Şövkət əmisinin qolundan tutub yerə oturdacaq, məktubu oxumasını istəyəcək?! Kimsə bilmirdi... Köhnə qara damın bacasından çıxan qaramtıl tüstünün səmaya ucaldıqca aydınlığa uzanan yol işarəsinə bənzədiyi kimi, bir şəhid məktubunun taleyi də getdikcə bir nəslin, bir ölkənin, nəhayətində, bütün türk dünyasının üfüqlərinə doğru uzanan "Vətən!" duasına çevrilir...

***

... 2003-cü ilin sentyabrında bir səhər Cuvarovların balaca evindən küçəyə axan sevincli səslərə oyandı kəndimiz. Təbii, mən də bir həftə əvvəldən məktəbə hazırlaşmışdım, yay uzunu oxuduğum bədii kitabların siyahısını tutmuşdum, yetinməyib, bu kitablar haqqında qısa inşalar da yazmışdım; müəllimlərimi bu il də nəyləsə........

© 525-ci Qəzet


Get it on Google Play