We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əsgər kitabları və Göyçənin qapısı - Şəfa Vəlidən yazı

6 0 10
26.12.2020

Anamın bir göy üzlü dəftəri var... Varını-yoxunu, doğulduğu evi, doğulduğum evi, Göyçə gölünü, Səməd ağanın dərəsini, Qızlar bulağını, Rusqırılan dərəsini, adını bilmədiyim, amma anam danışdıqca təsəvvürümdə canlanan neçə düzü, dərəni, dağı, Dərədən Pəmbəyə gedən yolları, o yolların kənarı boyunca düzülən ardıc kollarını, Bahar nənəmin yaddaşında kök atan əfsanələrin yurdunu, nənəmin ömrünün sonunadək dilindən düşməyən Göyçə bayatılarının ünvanını arxada qoyub, təkcə məni - üç aylıq körpəsini alayaş bələyə büküb qucağına alıb "qaçdığı" o gecənin - 1988-ci ilin 28 noyabr gecəsinin yanğılı xatirəsi var o dəftərdə...

İndi mənim şəxsiyyət vəsiqəmdə anadan olduğum yer Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndi yox, Ermənistan SSR Vardenis rayonu yazılır. Anamın o dəftərini oxuyandan sonra hər dəfə doğulduğum yerin adını görəndə nə hisslər keçirdiyimi anlada bilmirəm... Bacarmıram... Qoy buna söz əlində aciz qaldığım kimi yanaşsınlar, qoy məni o hisslərimi anlada bilmədiyimə görə istedadsız yazıçı kimi tanısınlar, bacarmıram...

Şükür etdiyim, sevindiyim, bəlkə də təsəlli kimi sığındığım təkcə odur ki, neçə qazaxlıya, neçə tovuzluya, gədəbəyliyə "Səməd ağanın dərəsindənəm" demişəmsə, hamısı tanıyıb. Unudulmayıb kəndimiz...

... Hərdən anam kəndimizdən danışanda əvvəlinə oxşama kimi bir söz də artırır: "Gül Dərə" -deyir... Anam öz yaylığının arasında Göyçədən üç gül gətirib - balaca, sarı ləçəkləri olan gülün adına "solmaz çiçəyi" deyir... Heç vaxt o güllərin hekayətini soruşmamışam anamdan, soruşsam, özü də bilməz onu hansı fəsildə, hansı ayda yığıb yaylığının arasına qoyubmuş... Niyə yığıbmış... Axı o, hardan bilirdi ki, soyuq bir noyabr gecəsində körpəsini sinəsinə sıxıb kəndini arxada qoyacaq, "Gül Dərə" deyə dilində əzizlədiyi kəndindən yadigar təkcə o üç çiçək qalacaq?

Çoxdandı anamgilə yolum düşmür, bu dəfə gedəndə o çiçəklərə bir də baxacağam...

Böyüdüyüm kənd Şəmkir rayonu Ələsgərli kəndidir. Bacım 1993-cü ilin sentyabrında məktəbə getmişdi. Həmişə gəlib öz müəllimindən - İsmayıl müəllimdən danışardı. Bir gün də gəlib boş baxışlarla üzümə baxıb dedi:

- İsmayıl müəllim daha məktəbə gəlmir. Ayrı müəllimlər dərs keçir bizə. Kəmalə müəllim, Rüstəm müəllim, İbad müəllim...

Beş yaşım vardı, artıq iki əlifba ilə - latın və kiril əlifbası ilə yazıb-oxumağı bilirdim, eynimə də gəlmirdi ki, məktəbdə bacıma hansı müəllim dərs deyir. Məktəbin yolu bizim evin yanından keçirdi deyə, pəncərədən baxar, bütün müəllimləri hər gün öz ağlımca salamlayardım. Hamısı da mənə gülərdi. İsmayıl müəllimin o yoldan daha keçib getmədiyinin belə fərqində deyildim bəlkə də...

Bir gün bacım evə tez gəldi, anam niyə tez gəldiyini soruşdu. Bacım........

© 525-ci Qəzet


Get it on Google Play