We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ədəbiyyatla bağlı kim nə düşünür? - Şəfa Vəli yazır

6 0 1
16.02.2021

III yazı

"Didro effekti"... Yəqin ki, biznes və ticarət sahəsində çalışanların bu termindən çoxdan xəbəri var. 1988-ci ildən terminologiyaya ayaq açan "Didro effekti" alış-veriş vərdişinin insana vurduğu maddi və mənəvi ziyanları açıqlamaq üçün işlədilir.

Bu gün oturub "Didro effekti"nin ədəbiyyata bir dəxli olub-olmamasını çox düşündüm. Nə də olsa, terminin adı bir yazarın adıyla bağlıdır axı... Hə, söhbət məhz ondan - Deni Didrodan gedir...

Bir gün dostu Didroya yeni pijama hədiyyə edir. Filosof pijamasını geyinir, yazı masasına yaxınlaşır, ədəb-ərkanla oturur, yazmağa başlayır və... Və masasının köhnəliyini, əynindəki bahalı pijamaya yaraşmadığını yalnız indi dərk edir; yeni masa alır. Ardınca döşəmədəki xalının rəngləri solğun dəyir gözünə... Sonra da divardakı xalını bəyənmir, pərdələri çoxdandı dəyişmədiyinin fərqinə varır... Beləcə, elə gün gəlir ki, Didro bahalı, bir-birinə yaraşan əşyalara pul xərcləyə-xərcləyə yenidən borc bataqlığına düşür və bu qədər bahalı əşyanın içində yeməyə bir tikə çörək tapmır... Bütün bunlar bir yana, elə həmin borcun, bir tikə çörəyin dərdini çəkə-çəkə, könülsüz-könülsüz masaya oturur, yazmağa başlayır. Bir də ayılır ki, hekayənin son nöqtəsini qoyub... Özü də bu əhvalatı anladan o məhşur hekayənin: "Köhnə pijamam üçün peşmanlıq"...

... Hə, məni düşündürən bax, bu idi; o boyda bahalı əşyanın arasında, əynində o bahalıqda pijama, Didro heç nə yazmamışdı... Yaza bilməmişdi... Yeni hekayəsi isə məhz onun çarəsizliyindən, peşmanlığından "doğulmuşdu". Qəribədir, deyilmi?

Həm də o qədər qəribədir ki... Ağrımadan, ağlamadan, yanmadan, göynəmədən yazmaq mümkündürmü? Düşüncələrimə indi də bu sualı yük eyləyib dörd yolun ayrıcında, yeddi cığırın görünən səmtində dayanıb öz başıma kül ələyəsi də deyiləm... Yox, bu gün masama heç........

© 525-ci Qəzet


Get it on Google Play