We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"Müharibənin qanlı kölgəsi"ndə yazılanlar - Resenziya

2 0 0
02.07.2020

Hər əsər sonacan oxunmur. Məzmun reallığı əks etdirmirsə, hadisələr arasında (sujet) rabitə etibarlı deyilsə, dialoqlar (monoloqlar) ünsiyyət baxımından süni biçimdə verilibsə, necə oxuna bilər? Hər oxunan əsər də oxucunu düşündürmək qüdrətində olmur.

Son illərin ədəbiyyatı ənənəvi ədəbiyyatdan istər məzmun, istərsə də forma baxımından fərqlənir. Məzmun müstəqillik dövrüylə yaşıd olan müharibəylə səciyyəvidir. Müharibədən yazılmış hər əsəri müharibə ədəbiyyatı (ədəbiyyat) adlandıra bilmərik. Müharibə ədəbiyyatı müharibənin ağrılarını, sızıltılarını canlı, qabarıq əks etdirməlidir. Bu baxımdan müharibəni görən, yaşayan və ustalıqla qələmə ala bilən yazarların əsərləri diqqət çəkir.

Vahid Məhərrəmov istefada olan mayordur. Müharibə onun ömrünün 25 ilinə çöküb. "Əsgər" və "Azərbaycan Ordusu" qəzelərinin müxbiri kimi ön xətdə səngərlərdə, döyüşlərdə olub. Eşitdikləri, gördükləri, orda yaşadıqları təəssürata, təəssüratları neçə-neçə əsərə çevrilib, çevriləcəkdir. "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Hər addım uğrunda", "Kəsilməyən atəş səsləri" kimi kitabları bu qəbildəndir. Bu kitablara daxil edilən hekayələrdə, povestlərdə müşahidə edilənlərin gözəl bədii ümumiləşdirilməsindən sezilir ki, bu........

© 525-ci Qəzet