We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"Azərbaycanı dəyişən məhəbbət" haqqında düşüncələr - Resenziya

3 0 0
30.06.2020

Milli məfkurə ilə, dövlətçiliklə bağlı olan hər ciddi əsər həm vətəndaşlıq heysiyyətinin ifadəsi, millətin, xalqın ümumi nuruna calanan yeni bir işıqdır. Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın "Azərbaycanı dəyişən məhəbbət" kitabı da düşüncədən, sözdən yaranan məhz belə bir işığın daşıyıcısıdır. Bu, tarix haqqında publisistik kitabdır - olmuşları yaşatmaq missiyasının təzahürüdür.

"Azərbaycanı dəyişən məhəbbət" kitabına daxil edilmış məqalələrin bir hissəsi Ulu öndər Heydər Əliyevin parlaq dövlətçilik fəaliyyətinə, bir hissəsi isə onun müdrik siyasəti nəticəsində yüksələn Azərbaycanın inkişafını şərtləndirən amillərə həsr edilib.

"Gülüstan", "Türkmənçay" müqavilələri ilə müstəqilliyini itirən Azərbaycanda müstəqillik mübarizəsinin "qılıncı korşalmamışdı". Bu mübarizə ruhun tarixlə mübarizəsi misallı idi və belə mübarizələrdə "azadlığı zərrə-zərrə, qram-qram istəməyənlər" tarixin ilhaq zəncirini parçalayır. 1918-ci ilin mayında Azərbaycan Demokratik Cümhuriyyəti, "Azərbaycanı dəyişən məhəbbət" kitabında deyildiyi kimi, "İstiqlal bəyannaməsi" ilə həyata vəsiqə aldı. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək hər cür bərabərsizliyi aradan qaldırdı". Bu kitab "Müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir" tezisinin işığını mühafizə edən əsərdir.

1990-cı illərdə milli-azadlıq hərəkatının Rusiya imperiyasına qarşı dönməz əzmini əks etdirən bu kitabda "Azərbaycanı həm də xalqın mübarizəsi dəyişdi" fikri ifadə olunub.

"1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi və bu, xalqımızın siyasi həyatında tarixi məqam oldu. Amma real olaraq müstəqil Azərbaycan Respublikası sərhəd müharibəsində itkilər verir və iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi" ("Xoşbəxt nəsil"), "XX əsrin 90-cı illərinin əvvəllərində həm xaricdən, həm də daxildən müstəqilliyimizə qarşı qəsdlər hazırlanmışdı, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında........

© 525-ci Qəzet