We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Miqren, xatirə, qayınana - Məhsəti Musadan yeni yazı

3 0 1
25.02.2021

Axşamdan miqrenin əlamətlərini hiss etsəm də, yenə səhlənkarlıq edib qabaqlayıcı tədbir görmədim.

Həmin gün işdən elə yorğun gəlmişdim ki, gözümün önündə gündüz oxuduğum yazıların hərfləri uçuşurdu. Sadəcə bir fincan çay içib yatmaq istəyirdim. Amma həm də mətbəxin idarəçisi olduğumu unutmamışdım. Könülsüz qolumu çırmayıb xörək "yazdım", çayı "redaktə" etdim. Şam yeməyi bitəndən sonra mətbəxin ümumi "korrektəsi" ilə məşğul olub çıxdım ki, oxucuların (uşaqların) gözündən yayınıb arxa otağa qaçım. Amma onların gözündən oğurlansam da, qaynanamın gözündən qaça bilmədim, məni çağırıb yanında oturtdu. Bir-iki yerdən danışıb həmişəki kimi keçmişə, gəncliyinə tərəf yol aldı. Aman allahım, yenə xatirə? İllərdir bu xatirələri hərfinə, vergül-nöqtəsinə qədər əzbər bilsəm də, hər dəfə yenidən başlayanda sonadək dinləyir, onun qəlbini qırmaq istəmirdim. Hər zaman yeni məlumat dinləyirmiş kimi reaksiya verir, mənim dincəlməyə ehtiyacım olduğu qədər, onun da danışmağa ehtiyacı olduğunu anlayırdım.........

© 525-ci Qəzet


Get it on Google Play