We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dərdini danar ağlar - Məhsəti Musa şəhid Azər Əliyevi anır

2 0 1
03.03.2021

Daha bir şəhid ailəsinin ünvanındayıq. Daha bir qısa, amma şərəfli ömür yolu... Daha bir ata üzü görməyəcək körpə...

Əliyev Azər Dilafət oğlu 1997-ci il noyabrın 1-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində aparılan hərbi əməliyyat zamanı başından ağır yaralanan Azər bir müddət xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb və 28 yanvar 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Bir qızı var. Həyat yoldaşı növbəti dəfə ana olmağa hazırlaşır. Əslində, bugünkü gəlişimizin məqsədi də şəhid xanımının əhvalı, səhhəti ilə maraqlanmaq, ailənin rayon rəhbərliyinin diqqət mərkəzində saxlandığını bildirmək, problemlərinin, qayğılarının nə olduğunu öyrənmək idi.

Neçə illər idi ki, erməni təxribatı ilə üz-üzə qalan Yuxarı Qiyaməddinli kəndinə ilk dəfədir gəlirəm. Digər kəndlərimizə bənzəmir bura. Nədənsə kədərli təsir........

© 525-ci Qəzet


Get it on Google Play