We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Postpandemiya, yaxud postamneziya dövrü - Könül Bünyadzadədən yeni yazı

2 0 0
28.05.2020

Taclı virusun qara kölgəsi planetin başı üzərindən yavaş-yavaş çəkildikcə, dünya sanki təzədən doğulur, qabığından cik vuran cücə kimi asta-asta gün işığına çıxır. İşığın düşdüyü yerlərdən bir-iki düşüncəmizi biz də paylaşaq.


Pandemiya insanlardan nə aldı, nə verdi, indi demək çətindir. Söhbət yalnız maddi gəlirdən, maliyyə hesabatlarından getsə, konkret rəqəmləri tutuşdurub nə isə demək olardı. Ancaq mövzu mənəviyyat, psixoloji durum olanda, bir ölçü vahidi olmadığına görə, hər hansı nəticədən danışmaq hələ tezdir. Əslində, bu karantin günlərinin insanlara öyrətdiklərini təsnifləşdirsək, o zaman itirdiklərini də anlamaq mümkün olacaq. Təbii ki, pandemiya olduğuna görə də, dediklərimiz bir insana deyil, hamıya, bütün dünya əhlinə aid olacaq.


İnsanı insan edən həm də onun illərlə topladığı bilikləri, xatirələri, dəyərləridir. Buna görə də yaddaşını itirən şəxs kimliyindən məhrum olur. Onun yaddaşını qaytarmaq həmin şəxsi yenidən diriltmək, sanki canlı insanlar sırasına təkrar daxil etməkdir. Bu, o dərəcədə vacibdir ki, yaddaşın qaytarılması üçün ən sadə söhbətlərdən tutmuş, şok terapiyaya qədər tətbiq edə bilirlər. Bəzən ilk baxışda ən önəmsiz bir şey, yaxud çox təhlükəli bir hadisə insanı silkələyir və onun yaddaşında passivləşmiş, yatmış qatları yerindən tərpədir. Son illər, hətta son iki əsrdə baş verənləri və bir neçə ay davam edən pandemiyanı düşündükcə, təhlil etdikcə belə qənaətə gəldim ki, əslində, bu, bəşəriyyətin müalicə-bərpa dövrü, şok terapiyası idi. Bəli, pandemiya bizə insanlığın unutduğumuz bəzi sütunlarını xatırlatdı. Onları yada saldıqca, itirdiklərimiz də bəlli olacaq.


Təbiətə anlayış


Pandemiyanın aşkar təsiri ilk olaraq insansız qalmış təbiətdə hiss olundu. Hərdən boş küçələrin, parkların şəklini çəkənlər təəssüflə deyirdilər ki, kainat insanla gözəlmiş. Bəs təbiət özü nə dedi? Boşalmış şəhərlərə vəhşi heyvanlar axışdı, kanallarda, dənizlərdə balıqlar əməlli-başlı bayram elədi, hava təmizləndi, hətta ən böyük ozon dəliyi bağlandı. İnsanlar özləri belə şoka düşdülər: "Ay aman, biz təbiətə necə zülm edirdik ki, indi bizsiz qalanda bu qədər sevinir?!"


İnsan fiziki quruluşuna görə digər canlılara bənzəyir və bu baxımdan onu təbiətin bir halqası zənn etmək olur. Lakin təəccüblü bir faktdır ki, təbiətin digər canlıları olmayanda ümumi qanunauyğunluq pozulduğu, bütöv sistem dəyişdiyi, məhv ola bildiyi halda, eyni şey insan olmayanda baş vermədi. İnsanın təbiətdə yeri bir kiçik qarışqa, yaxud bir kol qədər də görünmədi. Yəni insandan asılı olmadan təbiət öz harmoniyasını və mövcudluğunu qoruyub saxladı. Əslində, bu həqiqəti insansız qalmış Çernobılda........

© 525-ci Qəzet


Get it on Google Play