We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnamsızlıq pandemiyası - Könül Bünyadzadənin yazısı

8 0 0
26.06.2020

Hərdən düşünürəm, əcəba, bu dünyanı bürüyən COVİD-19-dur, yoxsa inamsızlıq virusu?! İnsan öz inamını nə zaman, niyə itirib ki, indi özündən belə hürkür?! İnamsızlığı elə bir ifrat səviyyədədir ki, bundan zərər gördüyünə də inanmır.

Virus gözlənəndən daha üzlü, daha dözümlü, daha aqressiv çıxdı. İlk başda "səndən betərlərini də görmüşük" deyib onu, az qala, ələ salmaqla, gah karikaturalarla, gah qısa videoçarxlarla gülüş hədəfinə çevirməklə insan sanki özünün ondan daha qüdrətli olduğunu sübut eləməyə çalışırdı. Bu taclı antiinsan isə sakitcə, yavaş-yavaş öz hökmünü göstərməyi bacardı. Altı ay - ilin tən yarısı ərzində bütün dünyanı iflic vəziyyətinə salıb hələ də niyyətini tam açmamaqla sanki vahiməsini artırmaq istəyir. Adamda belə fikir formalaşır ki, ya onun dediyi sözlər hələ bitməyib, ya da insan hələ anlayacağını anlamayıb. Vəziyyət o qədər mürəkkəb, o qədər qeyri-müəyyəndir ki, nə qədər yazsan da, qaranlıq künc-bucağın hələ çox olduğunun fərqinə varırsan. Əslində, hər şey gün kimi aydındır: əlini yu, məsafəni də saxla. Daha dərindən təhlil edəndə anlayırsan ki, qaranlığı çökdürən elə inamsızlıq, güvənsizlikdir.

Bəli, bu dəfə yalnız bir şeydən danışacam - inamsızlıqdan. Gedib tarixi araşdırıb insanların inamının zəhərləndiyi məqamı tapmaq dərin, ciddi əmək tələb edir. Mən bir neçə il əvvəl "Kamil insan" haqqında yazanda problemə yetəri qədər diqqət ayırmışdım, indi özümü təkrarlamaq istəməzdim. Bu gün qısa statusların romanları sıxışdırdığı, bir emosiya işarəsinin bütün hissləri çatdırdığı bir vaxtdır. Ona görə, biz də bəzi vacib, amma "mürgüləyən" məqamlara yüngülcə toxunmaqla kifayətlənəcəyik.

İnamın qopduğu məqam...

İlk dəfə insanın inamı Allahın ona verdikləri ilə ürəyindən keçən arzular üst-üstə düşməyəndə sarsılıb yəqin ki. Yəni özünü haqlı, Yaradanı haqsız bildiyi anda. Sonralar Mütləq Yaradanın funksiyalarını öz öhdəsinə götürən din xadimləri və onların simasında dini sistemlər insanların düşüncələrini məngənədə sıxmağa başlayanda və insanın öyrənmək istədikləri dinin çərçivələrinə sığmayanda, inam tamamilə yerlə yeksan oldu. Yəni insan öz ağlının hüdudlarını Allahın hikmətlərindən daha geniş hesab edəndə inam da laxladı, etibar da.

İnsan özünə yeni səcdə obyekti axtardı və öz ağlını tapdı. Ağlın dəyərinin artması, elmin inkişafı insanı başqa insanın quluna çevirdi. İnsan yaratdığı elmlərlə, texnika ilə daha çox təbiətə, onun sirlərinə nüfuz edir, nüfuz etdikcə sahiblənir, sahibləndikcə dəyişdirir, özünə ram edir, "özəlləşdirir"di. Bu, bir-birini şərtləndirən və stimullaşdıran addımlar insanı başqa bir aləmə aparırdı. Bir tərəfdən, tanış idi, çünki özü yaratdığı........

© 525-ci Qəzet


Get it on Google Play