We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Uzaq yollardan sizi öpürəm... - İradə Tuncay

3 0 0
03.06.2019

Ağdamı xatırlayıram son vaxtlar tez-tez...

Küçədən dalana dönüb beş-on addım gedib də darvazanı açırsan, aşağı meyllənmiş yoldan həyətə enirsən. Həyət küçədən aşağıda yerləşirdi. Enib kürsülü evə girirsən. Xudmani bir ev idi. Evin arxa tərəfində də bağça vardı. Çox baxımlı bağ demək olmazdı. Qayınatam həyət təsərrüfatına qulluq etməyi sevən biri deyildi (Oğlu da elədi. Hətta nəvələri də)... Güclü yağış yağanda küçədə göllənmiş su üzüaşağı tökülürdü həyətə. Həyətin lap bu başında daxal (anbar kimi bir şey) vardı. Darvazaynan üzbəüz. Rəhmətlik kişi orda dayanıb yağışa, axıb gələn suya tamaşa edirdi. Az danışan, amma danışanda bütün təfərrüatlara varan insan idi. Ömrü boyu bərəkətli Qarabağ bölgəsində böyük təsərrüfatlara rəhbərlik etməsinə rəğmən, həyətinə qulluq etməyi sevməzdi. Evə qayıdan kimi əli cibində həyətdə-bacada fırlanardı. Ancaq fırlanardı. İş görməyi sevməzdi. Səhər 6-da evdən çıxıb düz axşam 6-da evdə olurdu. Evdən kənar həyatı da, dostlarıyla yeyib-içməyi sevməzdi. Yəni mən belə görmüşdüm. Deyirdilər ki, hər zaman da belə olub. Səkkiz övladı vardı. Oxutmuşdu hamısın. Diplom vermişdi, yəni. Amma əsl savad Aqilə nəsib olmuşdu. Kişi elə bil bütün gücünü ona sərf etmişdi. Canına qulluq etməyi, dadlı yeməyi sevərdi. Süfrəsi bol, açıq olardı. Həmişə qonaq-qaralı olurdu evi. Öz qohumları Ağcabədinin kəndində yaşayırdı, evdə həmişə gördüklərim xanımının əzizləri olurdu. Yəni mən belə görmüşdüm. Savadlı, ziyalı, oxumuş biri idi. Rahatlıqla siyasətdən də, ədəbiyyatdan da, tarixdən də danışmaq olurdu onunla. Gözlərinin dərinliyində də bir nisgil vardı...

Və evdə ümumiyyətlə, evin qorxub-çəkindiyim qadın kəsimindən fərqli olaraq, söz deyə biləcəyim yeganə adam idi. Yəni istisna idi mənim üçün. İsti, doğma, qayğıkeş insan idi. Bilirdim ki, sözlərim yozulmayacaq, sözlərimin başına ip salınmayacaq. Qadın kəsimi isə məni sevmədi. Heç mən də onları sevmədim deyə bilərəm. Aramızda həmişə bir divar oldu. Mən onlar üçün kasıb şair qızı oldum həmişə. Onlara yad şəhərli qızı. Doğma ola bilmədik. Bəlkə indiki yaşımın müdrikliyindən başqa cür yanaşa bilərdim hər şeyə. Uşaq idim axı... Amma qadınların böyüyü də eyni davranırdı... O inciklik indiyə qədər yaşayır içimdə. Nəsə acı bir söz eşitməmək üçün ya həyətin arxa tərəfində gizlənirdim, ya da otaqların bir küncündə kitablarla qurdalanırdım. Deyirdilər İradə rus kimi bir şeydi - söhbət-zad eləyə bilmir. Axtarın görün hardadı, əlində kitab...

İndi bu "rus" sözü mənə elə məzəli gəlir ki... İndi xatırlayıram tez-tez o günləri.

***

Belə incik günlərin birində dolabın çəkməcələrini açıb........

© 525-ci Qəzet