We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Məhvə məhkum gənclər (liqası) - İlqar Tağıyevdən yeni yazı

2 0 0
25.02.2021

Bu həftə UEFA İcraiyyə Komitəsi UEFA Gənclər Liqası turnirinin 2020/21-ci illər mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul etdi. Səbəb COVİD-19 pandemiyasıdı.

Turnirdə ölkəmizi U-19 Liqasının ötən ilki çempionu "Qəbələ" təmsil etməli idi. Rəqib də bəlli idi. Komandamız martın 4-də turnirin 1 oyundan ibarət 1/32 final mərhələsində "Şkendiya"nın (Şimali Makedoniya) qonağı olacaqdı. Təəssüf ki...

UEFA-nın qərarı "Qəbələ"yə maddi ziyan vurmaqla yanaşı, futbolçularda da ruh düşkünlüyü yaratdı. Xeyli vaxtdı səylə yarışa hazırlaşan komanda indi sanki boşluğa düşüb. Üstəlik, ölkədaxili yarışların olmaması da bir yandan, çəkilən əziyyətin hədər getməsinə səbəb olur.

Pandemiya bütün sahələrdə olduğu kimi, futbolumuza da böyük zərbə vurub. Ötən mövsüm Premyer Liqa başda olmaqla bütün ölkədaxili yarışlar başa çatdırılmadı. Bu mövsüm isə əsas çempionat və 1-ci Divizionu çıxsaq, heç bir yaş qrupu üzrə yarışlar keçirilmədi. Müxtəlif yaş qrupu üzrə millilərimizin iştirak etdiyi beynəlxalq turnirlər də o cümlədən. Bütün bunlar aşağı yaşlı futbolçuların inkişafına mənfi təsirini göstərməkdədir. Payız aylarında pandemiyanın ikinci........

© 525-ci Qəzet


Get it on Google Play