We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sovet dövründə Dağlıq Qarabağ - VI hissə

3 0 0
01.03.2021

Mənim Qarabağım və ya Qarabağ düyünü

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

***

"Erməni məsələsi"nin uzantısı - terror

"Erməni məsələsi"nin faciəvi uzantılarından biri tarixçilər və siyasətçilər tərəfindən erməni terrorizmi adlandırılan hadisədir.

Erməni terrorizminin birinci mərhələsi ermənilərin özünə qarşı yönəlmişdi. "Xalq işi"nə, silahlı dəstələr yaradılmasına yardım və yəqin ki, təşkilatçılar və terrorçuların "cib xərcliyini" təmin etmək üçün az-çox imkanlı ermənilərdən pul ödənməsi tələb edilirdi. Tələbi ödəməyənin cəza almaq, öldürülmək riski böyük idi. Bir sıra hallarda varlı ermənilərin gəlirlərinin nəzarətə götürülməsinə cəhd edilirdi. Armenakan, Daşnak və Hnçak partiyaları millətçilik və terror ideyalarının simbiozu üzərində qurulmuşdu. Qətl olunanlar arasında düşmənlərə (Osmanlı rəsmiləri və s.) yaxşı münasibət bəsləyənlər və ya düşməndən rəsmi vəzifə alanlar da vardı (məsələn, Van şəhəri bələdiyyə başqanı seçilən Bedros Kapamacıyan, 1912). 1902-ci ilin yayında Şuşada milyoner İsaq Camharyanı hədələməklə ondan 30 min rubl (rublğ) tələb olundu. O isə polisə xəbər verdi və daşnakların nümayəndəsi həbs edildi. Camharyan bir neçə ay sonra Moskvada erməni kilsəsinin önündə günün günorta çağı xəncərlə öldürüldü; Daşnak böyüklərindən M.Varandian Daşnaksütyunun tarixinə həsr olunmuş kitabında bu əhvalatı danışır və "bu xain günahına görə payını aldı" deyir. K.S.Papazian trməni terrorizminin erməni qurbanlarının tam olmayan siyahısını təqdim edir; geniş coğrafiyadan olan qurbanlar arasında varlı insanlar, jurnalistlər, partiyanın xəttinə qarşı çıxanlar, keşişlər və katalikoslara rast gəlinir. Təkcə üç il (1904-1906) ərzində Daşnak və Hınçak partiyaları böyük əksəriyyəti ermənilər olan 105 adamı qətlə yetirmişdilər.

Erməni terrorunun birinci mərhələsi, "erməni xainlər"in qətli bitməyib, davam edir; terrorizmə qarşı çıxanlara, erməni-türk münasibətlərini sağlamlaşdırmağa çalışanlara qarşı hədə-qorxular qətlə qədər gedə bilir. Bununla yanaşı, erməni terroru baş hədəfinə, düşmənə, türkə və digər xalqlara doğru yönəlməyə başladı. Erməni terrorunun təkamülünü, ikinci mərhələsini Varandian xüsusi qeyd edir: "Daşnaksütyun terroru əvvəlcə əsasən qorxaq ermənilərə qarşı yönəlsə də, tədricən düşmənə qarşı çevrildi və onun yüzlərlə qurbanını, türk, kürd, rus, böyük və ya kiçik zülmkarları... və başqalarını görürük". Daşnakları kəskin tənqid edənlərin, antitürk erməni terrorizmini qınayan erməni və qeyri-ermənilərin, erməni soyqırımını tanımayanların erməni terrorizminin hədəfinə düşmək təhlükəsi vardı.

Daşnaksütyun Yerevan şəhərində keçirilən 9-cu Baş Konqresində (Oktyabr, 1919) "erməni qırğını"na məsul sayılan Osmanlı və Azərbaycan rəsmi şəxslərini qətlə yetirmək, "ədalət cəzası"nı həyata keçirmək qərara alındı. Qərara ciddi surətdə etiraz edənlər olsa da, qisasçılıq ruhu qalib gəldi. 200 ətrafında şəxsin adı "Qara siyahı"ya daxil edildi. Qətllərin təşkili "Nemesis" əməliyyatı adı aldı (Nemesis yunan mifologiyasında qisas ilahəsidir). 1920-1922-ci illərdə Tiflis, Berlin, İstanbul və Roma şəhərlərində 78 qətl həyata keçirildi, Azərbaycan Demokratik Respublikasının (ADR) baş naziri olmuş Fətəli Xan Xoyski, ADR parlament sədrinin müavini Həsən bəy Ağayev, ADR Daxili İşlər naziri olmuş Behbud xan Cavanşir, Osmanlı Daxili İşlər naziri olmuş Tələt Paşa və dörd digər Osmanlı hərbi-siyasi xadimləri daşnaklar tərəfindən öldürüldü. Tələt Paşanın qatilinə Berlin məhkəməsi bəraət verdi.

***

Erməni terrorunun üçüncü mərhələsi 1970-ci illərdə yeni erməni terror təşkilatlarının yaranması və onların fəaliyyəti ilə bağlıdır. Erməni Soyqırımı Ədalət Döyüşçüləri, ingiliscə JCAG (Justice Commandos of the Armenian Genocide) adı ilə tanınmış sağçı terror təşkilatı və Ermənistanın Azadlığı naminə Erməni Gizli Ordusu, ingiliscə ASALA (Armenian Secret Army for the Liberation of Armenia) adı ilə tanınmış solçu qrup ən güclü və amansız erməni terror təşkilatları olduqlarını əməldə sübut etdilər. JCAG 1972-ci ildə Vyana şəhərində Daşnak partiyasının 20-ci qurultayında partiyanın hərbi qanadı kimi yaradıldı və 1985-ci ildə Ermənistan İnqilabi Ordusu (ARA, Armenian Revolutionary Army) adı aldı. ASALA 1975-ci ildə terror yuvası sayılan Beyrutda yaradıldı. "Türk rejimi və bizimlə əməkdaşlıq etməyən ermənilər" düşmən elan edildilər. ASALA "Qərbi Ermənistan"ı azad etmək və onu Sovet Ermənistanı ilə birləşdirmək uğrunda mübarizə apardığını deyirdi. ASALA daxilində də yeni, o cümlədən, rəqib qruplar meydana çıxırdı. "Müstəqil Ermənistan naminə Yeni Ermənistan Müqaviməti" (NAR - New Armenian Resistance for the Independence of Armenia), "Yunan-Erməni-Bolqar Cəbhəsi" (Greek-Armenian-Bulgarian Front) və digər terror təşkilatları da vardı...

Erməni terrorçular dünyanın müxtəlif yerlərində Türkiyə diplomatları və onların ailələrini izləyib öldürmək işinə girişdilər və çox qan axıtdılar (1973-1986). ASALA hətta NATO-nu da düşmənlər siyahısına daxil etdi və kürd terror təşkilatı PKK (Partiya Karkeren Kurdistan, yəni Kürdüstan İşçi Partiyası) ilə əməkdaşlıq etdi. Fələstin döyüşçüləri ilə ASALA-nın əməkdaşlığı isə daha sıx idi, ASALA üçün yaşayış yeri, təlim, qida, ofis sahəsi, çap materialları, silahlar və partlayıcı maddələr təmin edilirdi; ASALA da borclu qalmamağa çalışırdı, Fransada bəzi erməni terrorçularının evi fələstinlilər üçün silah anbarı rolu oynayırdı. Erməni terrorçuları türkləri öldürməklə kifayətlənmirdilər; səfirlik, konsulluq, Türk Hava Yolları və bank ofisləri, türk turizm və ticarət mərkəzləri, həmçinin, türklərlə əməkdaşlıq edən müxtəlif ölkə şirkətlərinin ofisləri silahlı basqınlara və partlayışlara məruz qalırdı. Yüzlərlə ölən və yaralananlar oldu. Erməni terrorizmi təşkilati baxımdan güclü idi, zamanında əməliyyat keçirə bilirdi. F.P.Hylandın gətirdiyi misal bunu nümayiş etdirir: “Monte Melkonyan Parisdə həbs........

© 525-ci Qəzet


Get it on Google Play