We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Üç rəng - Günel Mehri yazır

5 0 2
16.01.2021

Əslində, bu yazını çoxdan yazmalıydım. Qarabağ səfərindən dönər-dönməz. Hətta məndən sonra o ərazilərə gedənlər yazıb paylaşdılar belə. Amma mən... susdum bir xeyli. Özümə qapandım. Bölüşmək istəmədim.

Hisslərim diri ikən bir az özümdə götür-qoy etməliydim nəyin nə olduğunu. Çünki yuxu kimi bir səfər yaşamışdım Qarabağın 3 inzibati rayonunda. Beynimdəki duman çəkiləndən sonra xatirələr üç rəngə bölünüb ayrı-ayrı rəflərə oturdu: Kəlbəcər - göy, Cəbrayıl - qırmızı, Ağdam - yaşıl. Yox, rayonları rənglərlə əlaqələndirməyim əbəs deyil. Səbirli olun. Onun da açması olacaq. Beləliklə,

Ağdam: yaşıl!

Yol. Soyuq qış günündə solğun Günəşin bələdçilik etdiyi upuzun bir yol. Nabələdsən bu yola. Amma pəncərədən üzünü sığallayan küləkli hava doğma gəlir. Buz kimi hava ciyərlərinə dolduqca hiss edirsən ki, hə, öz qabındasan. İnanmırsan gözlərinə. Öz-özünə deyirsən: Qızım, doğurdanmı illərlə adını həsrətlə çəkdiyin, işğal günlərinə yana-yana ssenarilər yazdığın bu yerlərə gəlib çıxmısan? 27 il e, Karl. 27 il erməni xəbər saytlarında tək-tük rastına çıxan fotoşəkilləri ilə təsəlli tapdığın, uzaq, amma doğma tanışının panoraması açılır. Maşından başını çıxarıb var qüvvənlə qışqırmaq istəyirsən: "Salam, Qarabağ! Biz gəldik, mən gəldim..." Amma sözlər boğazında tikə-parça olub qırıqlanır qarşındakı mənzərələri gördükcə. Allı-güllü Qarabağ gözəli getmiş, yerini saralmış, tarimar olmuş bir qoca almış... Qəribə bir şok yaşayırsan. İçin qaynayıb qəhərlənir bir maşın adamın içində. Boğazın düyün-düyün olur. Təhdəlşüurundasa Qulu Ağsəsin "Ağdam" şeiri fırlanır:

"Sən öl"ü, "sağ ol"u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan -
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan -
şəhərim!

Beynində siqnal verən misraları yarıda buraxıb yerindən sıçrayırsan. Sürücüyə sarı boylanırsan:

- Çatırıq? Bura haradır?

- Ağdamdır, qızım...

Və sən gözlərini yumursan. Uşaqlıqdan tərifini eşitdiyin axar-baxarlı, güllük-gülüstanlıq, Qarabağ atlarıyla, qonaqpərvərliyi ilə, dadlı-duzlu mətbəxi ilə şan qazanmış Ağdam: imarət evlər, uca hasarlar, gözəl binalar... bu illər ərzində Ağdamla bağlı efirdən izlədiklərin bircə-bircə məlum şeirin fonunda........

© 525-ci Qəzet


Get it on Google Play