We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Üç rəng - Günel Mehri yazır

3 0 2
03.03.2021

Əslində, bu yazını çoxdan yazmalıydım. Qarabağ səfərindən dönər-dönməz. Hətta məndən sonra o ərazilərə gedənlər yazıb paylaşdılar belə. Amma mən... susdum bir xeyli. Özümə qapandım. Bölüşmək istəmədim.

Hisslərim diri ikən bir az özümdə götür-qoy etməliydim nəyin nə olduğunu. Çünki yuxu kimi bir səfər yaşamışdım Qarabağın 3 inzibati rayonunda. Beynimdəki duman çəkiləndən sonra xatirələr üç rəngə bölünüb ayrı-ayrı rəflərə oturdu: Kəlbəcər - göy, Cəbrayıl - qırmızı, Ağdam - yaşıl. Yox, rayonları rənglərlə əlaqələndirməyim əbəs deyil. Səbirli olun. Onun da açması olacaq.

Və üçüncü yazı...

Cəbrayıl - qırmızı

İllər öncədir. Hələ tələbəyəm. Televiziya kanallarından birində rənglərin simvolikasından danışan sənədli filmlərin ssenarisini yazıram. Bir gün ən sevdiyim rənglərdən birinin - qırmızının açmasını araşdırdım. Demə, qırmızı - təzadlı bir rəngdir. Həm sevgi, gözəllik, həyat, həm həyəcan, ekstrim, qəzəb, intiqam anlamı verir. Birinci tərəfini bilirdim qırmızının. Amma qan-qadayla, ölümlə, müharibəylə əlaqələndirilməsi diqqətimi çəkdi. O vaxt dərk etmirdim qırmızı və müharibənin ortaq tərəfini. Sevgi rəmzinin top-tüfəng, ölüm-itim meydanında nə işi var axı? Nə qəribədir. İllərlə beynimdə gəzdirdiyim həmin sualın cavabını orada tapdım. Maşının qapıları açılanda, ayağımı o torpağa ilk dəfə basanda, torpaqdan gələn və burun pərlərimin öyrəşmədiyi o dəyişik ətri duyanda. Bu qoxunu alar-almaz tüklərimin necə biz-biz durduğunu, üz-gözümü bürüşdürüb əlimlə burnumu tutduğumu heç vaxt unutmayacam. Sonra özümü saxlaya bilməyib, "Bu nə qoxudur?" deyə üzümü bizi qarşılayan........

© 525-ci Qəzet


Get it on Google Play