We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Postmodernizm fenomeninin mükəmməl Şərq nümunəsi - Yazı

3 0 2
03.03.2021

Yaponiyanın dünyanın iqtisadi və siyasi sistemində bugünkü yerini alması İkinci Dünya müharibəsindən sonraya təsadüf edir.

Bu ölkənin gec (late) kapitalizmlə assosiasiyası postmodernizm dövrünün vizit kartı olmaqla, Yaponiyanı postmodern xüsusiyyətlərin müəyyənləşdirilməsi üçün ideal məkana çevirib. Q.Quliyev haqlı olaraq qeyd edir ki, "Postmodernizmin həm nəzəriyyə, həm də praktika kimi meydana gəlməsi keçən əsrin 60-cı illəri ilə əlaqələndirilsə də, onun köklərini bilavasitə bir-iki onillik əvvəldə, İkinci Dünya müharibəsindən sonrakı dövrdə axtarmaq lazımdır. Postmodernizm müharibədən sonrakı dağıntıların bərpa olunması, insanların nəhayət rahat şəkildə nəfəslərini dərib adlarına layiq şəkildə yaşamaq istəyi ilə yaşadıqları zaman kəsiyində meydana gəlmişdir". Postmodernist mədəniyyət qloballaşma nəticəsində sərhədləri yox olmuş dünyanın həyat tərzidir. II Dünya müharibəsindən sonra Yaponiyada imperiya sistemi ənənəvi gücünü itirərək dövlətin simvolu halına gəlmiş, ölkə siyasəti xalqa suverenlik verən və beynəlxalq problemləri həll etmək üçün güc tətbiq etməkdən imtina edən qanunlarla demokratikləşdirilmişdi. Yeni Konstitusiyanın tərtib edilməsi və müharibədən sonrakı demokratiyanın qurulması Yaponiya üçün böyük bir tarixi dönüş yaratdı. Yaponiya imperatoru yalnız rəsmi dövlət başçısı deyil, eyni zamanda, yapon mifologiyasına ortodoks baxışı olan böyük bir ailənin başçısı idi. Bəhs edilən dövrdə söz sahibi olan politoloq M.Maruyamanın fikirləri olduqca diqqətəlayiqdir: "Yaponiyada ailəvi xarakter daşıyan cəmiyyətdə demokratiya ideyasını həyata keçirmək çox çətindir. Yaponiyanın modernləşdirilməsi prosesində mübahisəsiz hakimiyyət və ictimaiyyət arasındakı münasibətlər baxımından müəyyən bir konfiqurasiya mövcuddur. Yaponiyanın idarəetmə sistemi, bir uşağın ailədə atasına itaət etdiyi xüsusi bir ailə sisteminə əsaslanırdı". Bu nöqteyi-nəzərdən yanaşdıqda, hər bir vətəndaşın müstəqilliyinə əsaslanan demokratiyanın yapon cəmiyyətində bərqərar olması mümkün deyildi. Demokratiya üçün zəmin yaratmağa çalışan M.Maruyamanın siyasi düşüncəsinin əsasında "şyutaysey" (müstəqillik) anlayışı dayanırdı. Maruyamaya görə, müstəqil düşüncəli insanlar Yaponiyaya əsl demokratiya gətirə bilərdi. Tədqiqatlarında Maruyama,........

© 525-ci Qəzet


Get it on Google Play